MİQAT NƏ DEMƏKDİR?


MİQAT NƏ DEMƏKDİR?


Həcc və ya ümrə məqsədi ilə Məkkəyə varid olanlar, gərək mührim olalar (ehram libası geyələr). Ehram bağlamaq üçün təyin olunan yerə miqat deyərlər.
Bura müsəlmanlar dünyanın müxtəlif ölkələrindən gəldiklərinə görə miqat 5 yerdə təyin olunmuşdur:

1. “Məscidüş-şəcərə”; Mədinə səmtindən gələnlər üçün təyin olunub.
2. “Cohfə”; Şam tərəfindən gələnlər üçün təyin olunub.
3. “Vadiyi-əqiq”; İraq tərəfdən gələnlər üçündür.
4. “Qərnul-mənazil”; Taif tərəfdən gələnlər üçündür.
5. “Yələmləm”; Yəmən tərəfdən gələnlər üçündür.

Xatırlatmalıyıq ki, bu beş miqat Allahın əmri və Cənabi Cəbrailin göstərişi ilə təyin olunub.

Bunu da nəzərinizə çatdırırıq ki, miqatdan əvvəl (nəzir istisna olmaqla) mührim olmaq caiz deyildir. Üzrlü qadınlar miqatın məscidində hərəkət halında mührim ola bilərlər.
Miqat geniş bir anlayışdır. Hacı dünyəvi əlaqələrdən, evindən, ailəsindən, vilayətindən ayrılıb miqata çatanda öz libaslarından da ayrılır. Bir mənada ölüm libası, kəfən geyir (məhşəri xatırlayır). Digər mənaya görə Allah qonaqlığı üçün Peyğəmbər libası geyir. Allaha o qədər yaxınlaşır ki, Məkkəyə çatanda ona deyilir ki, sən dünyanın hansı bir ölkəsindən gəlmiş olsan da, burada qərib deyilsən. On gündən az qalsan da, namazını tamam qıla bilərsən.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .