Nəfse-zəkİyyə kimdİr?


“Nəfse-zəkiyyə” günahsız insan deməkdir. Hədislərdə gəlmişdir ki, nəfse-zəkiyyə zühur astanasında Nəcəfdə şəhadətə çatar. Bəziləri onun Həsən (ə), bəziləri Hüseyn (ə)-ın nəslindən olacağını güman edirlər. Rəvayətlərdə onu qul kimi təbir etmişlər, ona görə də şəhadəti vaxtı cavan olduğu söylənilir.
Bu pak şəxsin şəhadəti Həzrətin zühurundan 3 ay 2 gün sonra, qiyamından 15 gün əvvəl, Məscidul-həram və qara daş arasında, İbrahim məqamında öldürüləcək.

Məkkə camaatına Həzrətin şifahi xəbərini çatdıran bu şücaətli şəxsiyyət ədalət, kəramət xəbərçisidir ki, Məkkə camaatını haqq-ədalətə səsləyəcək. Lakin o şəhadətə çatır və buna görə nəfse-zəkiyyə adlandırılır. Heç bir günahı olmadan onu öldürürlər.

İmam Bagir (ə): “Qaim (ə) öz dostlarına deyir: Dostlar! Məkkə camaatı bizi istəmir. İmamımız hüccətin tamamlanması, maarifləndirmək üçün onlara layiqli bir elçi göndərin.”
Bu üzdən Həzrət dostlarından birini çağırır və ona göstəriş verir ki, Məkkə camaatına de:
“Ey məkkəlilər! Mən İmam Mehdinin (ə) elçisiyəm. O Həzrət buyurur: “Camaat! Bizim ailə sevgi, mərhəmət, risalət, xilafət mərkəzidir. Biz pak-pakizə Muhəmməd (s.ə.v.v.)-in ailəsi və bütün nəslimiz Allahın xəbərini çatdıranlarıq. Tarix boyu bizə zülm olunmuş, təzyiq və ədalətsizlikdə olmuşuq. Həzrət Peyğəmbərin (s.ə.v.v.) ölümündən indiyə qədər haqqımız qarət olunub və məqam-mövqeyimiz heç sayılmışdır. Bu üzdən indi sizdən istəyirik ki, haqq-ədalətə tələsərək bizə kömək edəsiniz”.
Bu cavan, igid alim bu xəbəri camaata çatdıran kimi onun başını üzürlər və o həmin şəxsdir ki, nəfse-zəkiyyə adlandırılır.

Nəfse -zəkiyyənin xüsusiyyətlərindən hədislərdə İmam Sadiq (ə)-dan belə deyilir: “Muhəmməd (s) nəslindən olan Muhəmməd Muhəmməd oğlu və nəfse-zəkiyyə ləqəbli bir cavandır”.

Tarixdə bir neçə nəfse-zəkiyyənin qətli
Hədis və rəvayətlərdə 4 nəfse-zəkiyyə qeyd olunur. Birinci nəfse-zəkiyyə Həzrət Xizr (ə) dövründə olmuşdur. O kiçik yaşlarında Həzrət tərəfindən öldürülmüşdür. Bu vaxt Musa (ə) demişdir: “Sən heç kəsin öldürmədiyi günahsız birini (nəfse-zəkiyyəni) öldürdün...”
İkincisi İmam Sadiq (ə)-ın müasiri olmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .