Kərbəla vaqiəsi ilə bağlı sualların cavabları


Kərbəla vaqiəsi hadisəsi ilə vaxtaşırı bəzi suallar səsləndirilir ki, onlar bu yazıda cavablandırılır. Birinci sual: Bildiyiniz kimi Aşura günü döyüş Fərat çayının sahilində baş vermişdir. Dünyada elə bir şey yoxdur ki, çay olsun və kənarında səhralıq olsun, yaşıllıq olmasın. Bəs necə ola bilər ki, Kərbəla cəhənnəmə bənzər səhra adlandırılır?

Bundan başqa, hər bir çayın kənarında 4-5 metr quyu qazan zaman oradan su çıxır. Yəni burada olan bu 72 nəfər 4-5 metlik bir quyu qaza bilməmişdilər? Tarixçilərin dediyinə görə bu hadisə qızmar yayda baş vermirşdir. Ancaq hesablamalara görə bu hadisə yayda deyil, qışda baş vermişdir. Düzdür, Ərəbistan isti ölkədir. Ancaq qışda burada o qədər də isti hava olmur. Başqa bir məsələ də odur ki, karvanın ac olmasına dair məlumat verilmir. Onların ancaq susuzluğu haqqında danışılır.

İkinci sual: İmam Hüseyn (ə) susuzluqdan əziyyət çəkir və südəmər Əliəsğəri qucağına alır və ordunun qarşısına gedir. Buyurur ki, heç olmasa bu körpəyə su verin. O biri tərəfdən, Hərmələ (lən) adlı bir dinsiz oxunu körpəyənin boğazına tuşlayır və ataraq, onu öldürür. Ancaq bir qədər fikirləşəndə görmək olur ki, bir neçə aylıq uşağın boğazı olmur. Çünki sümüyü xırda olur və boynu çox kiçik olur. Onda Hərmələnin oxu hara dəymişdir? Ancaq bir halda körpənin boynuna ox dəyə bilərdi. O da əgər başını bir qədər aşağı salsaydı. İkinicisi isə İmam ilə ordu arasında 300 metrə qədər məsafə olardı. Bu məsafədən hətta bu günün müasir silahları ilə o uşağın boynunu hədəfə almaq mümkün deyildir. Hərmələ bunu necə etmişdi? Üçüncüsü isə Hərmələ nəyə görə uşağı nişan almışdır? Halbuki hədəf İmam (ə) idi? Hərmələ əsas hədəfi buraxır və körpəni nişan alır. Əgər deyildiyi kimi, hava cəhənnəm havası idisə, Hərmələ niyə özünü əziyyətə salıb, İmamı (ə) deyil, körpəni hədəfə alır? İmam (ə) düşmənin kinindən xəbərdar ola-ola bu körpəni onların yanına necə apara bilmişdi? Bir də ki, körpə uşaq sudan çox südə ehtiyac duyur.

Üçüncü sual: Əbülfəzl Abbas (ə) Hüseyn (ə) ordusunun susuzluğunu yatızdırmaq üçün su gətirməyə gedir. Suyu sağ əlində götürür, onu kəsirlər, sol əlində götürür, onu da qət edirlər. Sonra da suyu ağzında götürür və sonda da onu şəhid edirlər. Bu hadisə necə baş verə bilərdi ki?

Cavablar:

1-ci sualın cavabı:

a) Kərbəla səhrası Kufəniin 70 kilometlik məsafəsində yerləşir. O zamanlar orada heç kim yaşamırdı. Çaya yaxın olduğundan nisbətən abadlıq yerləri var idi. İmam Hüseyn (ə) Məhərrəm ayının 2-də bu torpaqların çoxunu satın alır.

b) Məhərrəm ayınıın 7-dən suya yol bağlanır. İbni Ziyad Ömər Sədə əmr edir ki, əgər xeymələrdə quyu qazsalar, əmr ver 3 min əsgər o quyunu məhv etsin. İmam (ə) istəmirdi ki, hərəmi bu döyüşə qatılsın, ona görə quyu qazmaqdan əl çəkir. Ancaq Əbülfəzl Abbas (ə) və dostları Məhərrəm ayının 10-na qədər xeymələrə su gətirirdilər. Onlar əsgərlərə hücum edir və su götürməyə müvəffəq olurdular.

c) Bununla yanaşı, günün ortasında uşaqlar, qadınlar və hətta səhabələr şiddətli susuzluq hiss edəndə İmam (ə) Həzrət Əbülfəzlə (ə) göstəriş verir ki, quyu qazsın. Onlar quyu qazaraq, su əldə etmək istəyirdilər. Əbülfəzl Abbas (ə) quyu qazmaqla məşğul olur. Bir müddətdən sonra quyudan naümid olur və başqa quyu qazmağa başlayır. Ancaq oradan da su çıxmır.

d) Aşura günü həm də aclıq onları taqətdən salır. Belə ki, məhərrəm ayının 11-də İmam Səaccad (ə) bibisi Zeynəbə (s.ə) buyurur: \"Bibican, rəngin saralıb, zəifləmisən, niyə yemək payını yemirsən?”. Həzrət Zeynəb (s.ə) buyurur ki, uşaqlar az payları ilə doymurlar və mən də öz payımı onlara verirəm. Ancaq susuzluq başqa bir şeydir. Bunu yay fəslində oruc tutanlar yaxşı bilirlər. Ona görə də tarixçilər İmam Hüseynin (ə) susuzluğunu bu qədər vurğulayırlar.

e) Qış aylarında Kərbəlaya səfər edənlər bilir ki, buranın gecələri soyuq və gündüzləri çox isti olur. İndi təsəvvür edin ki, günün istisində ağır döyüş paltarları qalxan, qılıncla, bədənində çoxlu yaralarla susuzluq dözülməz olur. Bu, Həzrət Əli Əkbərin (ə) atasına dediyi həmin susuzluq idi.

f) Ustad Mütəhhəri buyurur: \"Əba Abdullahın (ə), ailəsinin susuzluq məsələsi adi məsələ deyildir. Hava çox isti idi. Peyğəmbərin (s) Əhli-Beytinin (ə) üzünə üç gün idi ki, suyu bağlamışdılar. Aşura gecəsi bir qədər su gətirə bilmişdilər. Həzrət (ə) buyurur: \"Suyu için və bu, sizin axırıncı suyunuz olacaq”. Bundan başqa, təbii bir məsələ də vardır ki, hər kimin bədənindən qan axır, yeni qana ehtiyac duyaraq, susuzlayır. Allah Təala orqanizmi elə yaratmışdır ki, o zaman ki, bir şeyə ehtiyac duyur, elə həmin an özünü göstərir. O insanlar ki, yaralanırlar, onlar tez bir zamanda susuzlayırlar. Bu da bədəndən qanın getməsinə görədir. Bədən yeni qan üçün su istəyir. Əba Abdullahın (ə) susuzluğu o qədər şiddətli idi ki, göyə baxan zaman başının üstünü görə bilmirdi. Bunlar zarafat deyildir. Ancaq İmam heç bir yerdə demir ki, \" mənə su verin”. Çünki İmam Hüseyn (ə) elə bir insan deyildi ki, düşməndən su istəsin.”

2-ci sualın cavabı:

a) İmam Hüseynin (ə) bütün tərəfdaşları şəhid olandan sonra İmam (ə) hərəmi ilə xudafizləşir və Əli Əsğər ağanın susuz olduğunu görür. Çünki nə anasının südü var idi, nə də su var idi ki, bu körpəyə vermək olsun. Bəzilərinin dediyinə görə körpə ölüm ayağında idi, susuzluq və aclıqdan əl-ayağını oynadırdı. İmam (ə) bunu edir ki, bəlkə düşmənlər bu mənzərədən rəhmə gələrlər, insanlıqları oyanar, qəlbləri qəflətdən ayılar, cinayətdən tövbə edərlər.

b) O zaman ki, İmam (ə) düşmən ordusunun yanına gedir, qılıncını çəkməmiş idi. Hamı bilirdi ki, indi döyüşməyə gəlməmişdir, yəqin ki, nə isə deyəcəkdir. O zaman ki, Həzrət Əli Əsğəri əlləri üzərinə qaldırır, başı bir qədər arxaya gedir. Ordu körpəni bu halda görəndə narahat oldu. Ömər Səd də bunu görüb əmr verir ki, körpəni öldürsünlər. Hərmələ (lən) Həzrətə (ə) daha yaxın olduğundan üç ücu olan oxla körpəni nişan alır və onu şəhid edir.

c) Niyə Həzrət Əli Əsgəri nişan aldı, İmamı (ə) deyil? Buna görə bəzi nəzərlər var ki, körpə orduda narahatlıq yaratdığı üçün ola bilər, ya da atasına göz dağı vermək istəyirdilər ki, körpəsinin can verməsini gözləri ilə görsün. Yoxsa İmama (ə) niyə fürsət versinlər ki, körpəsini dəfn etsin?

3-cü sualın cavabı:

a) Bütün səhabələr şəhid olmuşdular. Ona görə də İmam (ə) bu axır anlarda xeymələrə su gətirmək istədi. Qardaşı ilə bir yerdə orduya hücum etdi və ucadan da rəcəz oxuyurdu ki, bir-birinin sağ olduqlarından xəbərləri olsun. Belə qərara gəlmişdilər ki, İmam (ə) ordunu vuruşla məşğul edəndə, Əbülfəzl Abbas (ə) su götürsün. Onlar hər ikisi igidlik göstərdilər və su məşkini doldurdular. Çayın kənarında çoxlu xurmalıq vardı və düşmənin çox hissəsi orada gizlənmişdi.

b) Tarix Əbülfəzl Abbasın (ə) əvvəl sağ və sonra da sol əlinin kəsildiyi xəbər verir. İndi də Kərbəlada kəsilmiş qollarına kiçik zərəh düzəldilib və bununla Həzrətin (ə) hərəkətini görmək olar.

c) Əbülfəzl Abbas (ə) nə qədər qüdrətli olsaydı da, o zaman ki, tarixin dediyinə görə 1000 nəfər ona hücum etmişdi, hər birinin əlində nizə, qılınc vardı. Bunlardan heç olmasa bir neçəsi hədəfə dəyə bilərdi, bu da Həzrətin (ə) yaralanmasına səbəb oldu.

d) O zaman ki, Həzrət Əbülfəzl (ə) su məşkini ağzına alır, rəcəz oxuya bilmir. Ordunun sol tərəfində olan İmam (ə) başa düşür ki, qardaşı çətinlikdədir. Özünü qardaşına çatdırır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .