Zəka və Ağıl Arasındakı Fərq Nədir?


Zəka, ən çox tanınan mənada insanın düşünmə, həqiqətləri hiss etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının cəmidir. İlk dəfə qarşılaşılan və ani şəkildə əmələ gələn hadisələrə uyğunlaşma, anlama, öyrənmə, təhlil etmə bacarığı, beş hissin, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkanın fərqli təriflərinin olmasına baxmayaraq, zəkaya aid nəzəriyyələrin hamısında zəkanın hamısında zəkanın insanın anadangəlmə malik olduğu, adətən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından ibarət öyrənmə və ətraf təsirlərlə formalaşan məfhum olduğu bildirilir.

Zəkanın yeri: Beyin

Zəkanın beyində yerləşdiyi qəbul edilmişdir. Bir insan beynində 10 milyarddan çox sinir hüceyrəsi var. Hər bir hüceyrə təxminən 10000 hüceyrə ilə əlaqəli şəkildə işləyir. Neyron adlandırılan bu sinir hüceyrələrində siqnallar çox mürəkkəb elektro-kimyəvi hadisələr zəncirilə meydana gələn və sayı saniyədə 1000-ə yaxın titrəmələr halında ötürülür.

“Bir insan yeni bir mühitdə mürəkkəb problemləri həll edərkən beyninin hansı hissələrindən istifadə edir?” sualı zəkanın iki əsas ünsürü olduğunu ortaya çıxarmışdır. Bunlar “yeni bir informasiya ötürmə sürəti” və “yaddaşın sürəti”dir. Zəkalı insanlar qısa müddətli yaddaşlarında daha çox məlumat saxlaya bilir və bu məlumatlar üzərində müxtəlif fəaliyyətlər həyata keçirirlər.

Araşdırmalar daha zəkalı insanların beyin fəaliyyətlərini daha kiçik hissələrə sığışdıraraq mürəkkəb fəaliyyətləri həyata keçirə bildiklərini göstərir.Bu şəxslərin beyinlərindəki fəal hissələr həmin iş üçün lazımlı hissələrdir. Daha az bacarıqlı insanlar isə eyni fəaliyyət üçün beyinlərində daha geniş hissəni fəallaşdırmalı və daha çox enerji sərf etməlidirlər. Qısacası, elmi tapıntılar daha zəkalı beyinlərin daha faydalı çalışdıqlarını ortaya qoyur. Bəs bunun səbəbi nədir?

Beynin quruluşunu sinir hüceyrələri, yəni neyronlar təşkil edir. Neyron adlandırılan sinir hüceyrələri digər hüceyrələrdən fərqli olaraq dendrit və akson adlı hissələrə bölünür. Dendrit çoxlu qıza çıxıntılardan əmələ gəlir və hüceyrənin kökləri kimidir. Aksonlar isə hüceyrənin gövdəsindən çıxan uzun, bir hissədən ibarət, siqnalların göndərildiyi incə liflərdir və beynə xəbərlərin daşınmasına xidmət edirlər. Beynimizdəki sinir hüceyrələrinin yüz trilyon əlaqə nöqtəsi var. Bu əlaqə nöqtələrində böyük bir molekulyar ötürülmə daima davam edir. Hər sinir hüceyrəsində məlumatı almaq üçün hazır olan dendrit və hüceyrənin uzun hissəsini əmələ gətirən və məlumatın göndərilməsini təmin edən aksonların ətrafı onları qorumağa xidmət edən mielin adlı bir maddə ilə örtülüdür. Hüceyrələrarası məlumat ötürülməsini də sinapslar həyata keçirir. Sinapslar qonşu sinir hüceyrələrinin bir-birlərinə çox yaxınlaşdıqları, ancaq toxunmadıqları kiçik hissələrdir.

İnsanlar arasındakı zəka fərqləri sinir hüceyrəsinə əsaslandıqda dendrit, neyron, sinaps sayı və sinapslardakı məlumat ötürülməsinin keyfiyyəti və ya mielinin keyfiyyəti kimi bir çox səbəblərdən qaynaqlana bilər. Ancaq sözügedən səbəblərin heç birini ölçmək və dəyərləndirmək mümkün deyil. Buna görə də zəkanın bioloji əsaslarını dərk etməyimizə kömək edəcək iki fərqli model var.

1. Mielin hipotezi

Bir elektrik kabeli daha yaxşı izolyasiya edildikdə elektriki necə daha yaxşı sürətli ötürür, daha yararlı işləyir və qısa qapanma ehtimalı azalırsa, daha sağlam şəkildə mielinlə örtülmüş aksonlar da daha tez və daha az itki ilə işləyirlər. Bu görüş insanın inkişafı ilə də əsaslandırılır. İnsanın öyrənmə sürəti həyatının 15-ci ilinə qədər sürətlidir və 65-ci ildən sonra zəifləməyə başlayır. Bu cür zamanlama mielinin əmələ gəlməsi və yenidən məhv olması ilə də paraleldir.

2. Neyral seçmə hipotezi

İnsanın beynindəki sinaps sayı hər zaman olduğu kimi qalmır. İnsan böyüdükcə beyində yeni əlaqələr əmələ gəlir. Ancaq bu əlaqələr zaman ərzində zəifləməyə başlayır. Bu prosesə “neyral təmizləmə (seçmə)” adı da verilir. Həyatın ilk 5 ilində əmələ gələn əlaqələr həyatın 15-ci ilinə qədər seçilib təmizlənməyə başlayır. Beynin özünün də sinir hüceyrələrindən əmələ gəldiyi nəzərə alınsa, öz-özünü araşdıran, tədqiq edən, təhlil edənin bu hüceyrə əlaqələrinin fövqündə bir şüur olduğu açıq həqiqətdir. Əlbəttə, bu şüur beyni əmələ gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə bu suala hər şeyin maddədən ibarət olduğunu iddia edən materialistlər və darvinistlər cavab verə bilmirlər. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Allah bütün bu hissləri hər insanın ruhu üçün ayrı-ayrı yaradır. Bu hissləri yaradan Allah tək mütləq varlıqdır.

Zəka və ağıl fərqi

Zəka və ağıl çox vaxt eyni mənada işlədilsə də, tamamilə fərqli iki qavrayışdır. Zəka səbəb ilə nəticə arasındakı əlaqələri tapmaq, bənzərlik və fərqləri dərk etməkdir. Ağıllı bir insan zəkanın verdiyi bütün üstünlükləri istifadə etməsilə bərabər zəkalı bir insanın sahib olmadığı bir qavrama və bacarığa malikdir.

Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünmək, doğrunu anlamaq və hər məsələnin həlli yolunu tapmaq bacarığıdır. Habelə ağıl həyatın hər sahəsinə hakim olan və bir çox məsələdə uğurlar gətirən bacarıqdır. İnsanın doğrunu yanlışdan ayırmasını və beləliklə, həyatın hər mərhələsində ən doğru şəkildə düşünməsini, ən düzgün dəyərləndirmələr etməsini və ən yararlı qərarlar verməsini təmin edir.

İnsana bu bacarığı qazandıran yeganə xüsusiyyət isə imandır. Allah iman gətirib Ondan qorxub çəkinən insanlara Qatından xüsusi bir anlayış verir. Quranda Allah qorxusunun insana qazandırdığı bu anlayış belə ifadə edilmişdir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .