Ramazan ayının fəziləti haqda məsumlardan bir neçə hədis


1-İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır, Quranın da baharı (savabı və...) ramazan ayıdır.” (1)
2-İslam Peyğəmbəri (s) buyurur: “Əgər bəndə (insan) biləsydi ki, ramazan nədir! Arzulayardı ki, ramazan ayı bir il olsun!” (2)

3-Hz Muhəmməd (s) buyurur: “Göylərin qapıları (rəhmət) ramazan ayının birinci gecəsində (insanların üzərinə) açılar və onun sonuncu gecəsinə qədər bağlanmaz!” (3)
4-İmam Rza (ə) buyurur: “Hər kim bu ayda bir ayə Qurani Kərimdən oxuyarsa, (Allah-Taala (c.c) ona) başqa aylarda bir Qurani xətm miqdarında (savabını) hesaba vurar.” (4)

1-Vəsail əş-Şiə kitabı, cild-7, səh: 218, hədis: 2
2- Biharul-Ənvar, cild- 96, səh: 346 hədis: 12
3- Yenə orada, səh: 344
4-Yenə orada, səh: 341, hədis: 5


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .