Hansı halda insan öz həyatından razı olur?


Yəqin ki, həyatınız boyu elə insanlarla rastlaşmısınız ki, sadə həyatlarına baxmayaraq, üzləri həmişə gülər və ürəkləri şad olar. Bəs onların bu sevincinin mənbəyi nədədir?

Şadlıq nədir? Şadlıq – insanın hədəfinə yaxınlaşan zaman büruzə verdiyi həyəcandır. O kəsin ki, həyatda hədəfi kiçik olar, daha xoşbəxt həyata malik olar. Gözü dünya malında olmaz və tək hədəfi – malik olduqları ilə qənaətlənməsidir. “Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur”. (“Nəcm” 43).


Yəni, Allahın insanların qəm və şadlığının kökündə iradəsi vardır. O kəslər ki, Allah yolunda addım atarlar, Allah onları həyatdan razı və şad edər.
“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).

O insanlar ki, əllərində olana razıdırlar və həyatdan ləzzət alırlar – onlar adətən mülayim insanlardırlar. Başqa insanlarla rabitədə əxlaq nümayiş etdirərlər. Başqalarının xatalarına rahatlıqla göz yumarlar və qəzəblərini kontrol edə bilirlər.


Onlar başqalarının çətinliklərinə qarşı laqeyd deyildirlər. Başqalarının qəmini aradan aparmaq üçün səy göstərərlər. Onlar sanki başqaları üçün enerji mənbəyidirlər. Onları daima irəliyə doğru apararlar. Xoş əxlaq və zarafatcıl olmaq – bu kimi insanların bariz sifətləridir.

İmam Sadiq (ə) buyurur ki, mömin gərək mömin qardaşının qəmini aradan aparsın və onu sevindirsin. (Tebyan)

Özləri həyatlarından razı olduqları üçün, istəyirlər ki, başqaları da bu cür yaşasın. O insanlar ki, əllərində olanın qədrini bilər və ona görə şükür edərlər – onlar şad olmağa layiqli insanlardırlar. Əgər cəhd etsək və səy göstərsək, biz də bu cür insanlardan ola bilərik./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .