Qazi Təbatəbai: Həftəlik rövzə məclisi işlərdə düyünün açılmasına səbəb olar?!


Seyid Əli Qazi Təbatəbainin vəsiyyətnaməsindən bir parça: Əgər həftəlik rövzələr mümkün olmasa, məhərrəm ayının ilk on günü tərk olmasın
Böyük arif və alim Seyid Əli Qazi Təbatəbai Təbrizi vəsiyyətnaməsinin bir hissəsində yazır:

Amma digər vəsiyyətlər. Onların ən əsası namazdır. Namazı bazar etməyin. Onu ilk vaxtda xüzu və xüşu ilə qılın. Əgər namazı qoruya bilsəniz, hər şeyiniz qorunar. Namazın təqibində Siddiə-Kubra (ə) təsbihi və ayətul-kürsü oxumağı tərk etməyin...

Müstəhəb işlərdə Seyyidüş-şühədaya (ə) əzadarlıq etmək və o həzrətin ziyarətində süstlük etməyin. İki-üç nəfərlə də olsa həftəlik rövzə məclisi işlərdə düyünün açılmasına səbəb olar. Ömrün əvvəlindən axırına kimi o həzrətin xidmətində təziyə saxlasanız, ziyarət etsəniz və bu kimi digər işlər görsəniz, yenə də onun haqqını yerinə yetirə bilməzsiniz. Əgər həftəlik rövzələr mümkün olmasa, məhərrəm ayının ilk on günü tərk olmasın.

Digər vəsiyyətim budur ki, bu sözlər soyuq dəmiri döymək kimi olsa da amma bunu deməyi lazım bilirəm: ata-anaya itaət, gözəl əxlaq, düzgün olmaq, zahirin batinlə bir olması, hiylə və kələkdən çəkinmək, salam verməkdə qabaqlamaq, hər kəsə yaxşılıq etmək, Allahın qadağan etdiyi yerdə məkr işlətməkdən çəkinmək. Bunları sadaladım. Bunlar kimi işləri də özünüz gözləyin. Allahdan qorxun, Allahdan qorxun, Allahdan qorxun, heç kimi incitməyin! Bacardığın qədər qəlbləri ələ al, qəlb sındırmaq hünər deyil./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .