İsmətin əhatəsi necədir və hansı sahələrə şamil olur?


İsmət geniş əhatəyə malikdir. O cümlədən: zaman əhatəsi, aid olunma sahəsi və mərtəbə cəhətindəki əhatəsi.
1. Zaman cəhətdən məqsəd budur ki, görəsən pey-ğəmbərin isməti yalnız onun peyğəmbərliyi dövrünəmi aiddir, yoxsa ondan qabaq və sonrakı ömrünü də əhatə edirmi?

2. Aid olunma sahəsi baxımından belə sual ortaya çıxır ki, məsum olan şəxs nə kimi işlərdən pak olmalıdır. Bu hissədə bəhs olunacaq predmetlər aşağıdakılardan ibarətdir:
a) Nübuvvət iddiası zamanı ismət;
b) İlahi vəhyi əldə edərkən ismət;
c) Vəhyin qorunmasında ismət;
d) Vəhyin camaata çatdırılmasında ismət;
e) Vəhyin bəyanı və təfsirindəki ismət;
f) Vəhyin (fərdi və ictimai məsələlərdə) göstərişlərinin icra-sında ismət.
Başqa tərəfdən belə bir sual da meydana çıxır ki, görəsən məsumun məsumluğu yalnız dini işlərdədir, yoxsa ondan kənarı da əhatə edirmi? Yəni, dünya məsələlərinə və adi həyat işlərinə də şamil olurmu?

3. Mərtəbə cəhətindən məqsəd budur ki, görəsən ismətin hansı dərəcələri vardır? O, yalnız günahdan, ya qəsdən yerinə yetirilən günahdan, xəta və ya bunu da aşıb bütün günah, xəta, səhv, hətta unutqanlıq ucbatından baş verən bütün günahları da əhatə edirmi?
Bu bəhs - səhv və xətadan ismət anlamının əhatəsi aşağı-dakılara şamil olunur:
a) Vəhyin təsviri və çatdırılmasında bütün xətalardan ismət tapmaq (məsum olmaq);
b) İbadətdə səhv etməkdən uzaq olmaq;
c) Qəzavət və mühakimə edərkən xətadan məsum olmaq;
d) Səhvən günah etməkdən məsum olmaq;
e) Adi həyatda xətalardan məsum olmaq.
Bütün sadalananlardan məsum olmağa «kamil ismət» deyilir. Alimlər kamil ismətə inanırlar. Yəni bu fikirdədilər ki, bütün peyğəmbərlər hər zaman gərək sadaladığımız bütün günah və səhvlərdən uzaq olsunlar. Əhli-sünnət alimləri isə bu sahədə fərqli fikirdədirlər. Onların ismətin əhatəsi barəsində nəzəri belə geniş deyildir. Hamıda tam və kamil ismətin özünün müxtəlif dərəcələri vardır ki, onların ən üstününə «İsməti ətəmm və əkməl» (Daha kamil və əhatəli ismət) ya «hikməti mütləq» adlandırırlar. Bu ismət bütün mərtəbələri aşaraq hətta “Tərki övla”ya -“Tərki övla”, yəni bir (günah və ya məkruh olmayan) işin seçimi arasında qaldıqda, əməl olunması daha bəyənilən olduğu zaman, bəzi ismətə malik olanlar onlara əməl etməmişlər.- belə şamil olur. Bu cür ismət də hər məsuma şamil olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .