İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi?


Həzrəti Əli (ə) barəsində olan mühüm və qeyri adi hədislərdən biri də O Həzrətin yanında balaca bır kitabcanın olması idi. Mənbələrə əsasən kimisi kitabca , kimisi səhifə deyə qeyd edir. Amma ümumi həm şiə, həm də sünni mənbələrinə görə bu kitabcanın olması realdır.

İslaminSesi.info - Bu kitabçanın adı sünni mənbələrində 10 dəfə Səhih-Buxaridə, 3 dəfə Səhih-Muslimdə, 5 dəfə isə başqa kitablarda qeyd ediblər ki, cəmisi 9 hədisdə cəm olur. Bu da kitabcanın olması barəsində sünni və şiə arasında ixtilafın olmamasının göstəricisidir.

Bu kitabça kiçik yazı məcmuəsi kimi Əli (ə)ın qılıncının qınında qorunurdu. Əhli-Sünnə mənbələrində bu kitabça barəsində hədisdə buyrulur:” Əbu Cəhifə deyir: Soruşdum Ya Əli sizin yanınızda başqa bir kitab ( yəni Qurandan savayı ) varmı? Həzrət buyurdu:

- Xeyr bizim yanımızda elə bir şey yoxdur. Amma hər kim Allahın kitabından nəyi dərk edib, başa düşüb bilirsə bu kitabcada vardır. Soruşdum o səhifə nədir ki? O cənab buyurdu:

-Bu kitabcada diyəyə aid (gizli, həssas) hökümlər, qulların azad olması barədə olan hokümlər, bir müsəlmanın kafiri öldürməsinə görə qisas edilməməsi və sair yer alıb.”

Demək olar ki, bütün hədislərdə mətncə biraz fərqli olsa da məzmunca fərqi yoxdur. Ümumi movzusu budur ki, Allah Rəsulu (s) ilə Həzrəti Əli (ə) arasında kimsənin bilmədiyi, yaxud bilməyə gücü çatmadığı, yalnız İmamın bilməli olduğu məsələlər vardır. Bu yazılı səhifə o qədər önəmli olub ki, ümumi kütlənin əlinə keçməmək üçün o dövürdə hər bir igidin ən güvənli yeri olan qılıncının içindəymiş.

Kitabçanın həcmı barəsində mübahisə var. Amma hər kəs onun balaca olduğunu qəbul edir.Çünki qılıncın qınına girə bilməsi üçün balaca olmalıdır. Balaca bir səhifədə tale yüklü məsələlərin qorunması, bir daha o səhifənin və orada yazılanların önəmli olmasına bir işarədir./Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .