Qədr gecəsinin fəzilət və dəyəri haqda hədislərdə nələr deyilir?


Bu gecənin fəziləti haqqında deyilir:

1. Bu gecədə edilən hər bir yaxşı əməl, başqa gecələrdə edilənlərdən daha üstündür. İmam Sadiqə (ə) sual verirlər ki, necə ola bilir ki, Qədr gecəsi min aydan üstün olur? Həzrət (ə) belə cavab verir: “Qədr gecəsindəki əməl, Qədr gecəsinin olmadığı min ayda edilən əməldən daha üstündür”.

2. Mələklər və ruh Allahın izni ilə yerə enərlərlər. İmam Səccad (ə) buyurur: “Allah Peyğəmbərə (s) buyurur: “Bilirənsənmi ki, Qədr gecəsi niyə min aydan daha üstündür?”. Həzrət (s) buyurur: “Xeyr”. Allah buyurur: “Ona görə ki, bu gecədə mələklər və ruh Allahın izni ilə yerə enərlərlər”.

3. Quran bu gecədə nazil olmuşdur. Bəli, Qurani-Kərim bu gecədə bir dəfəyə, xülasə şəklində Peyğəmbərin (s) o nurani qəlbinə bir ruh kimi nazil olmuşdur. Lakin sonradan 23 il ərzində söz şəklində tədricən nazil olmuşdur.
Qədr gecəsi ən mübarək gecələrdən biridir və bu gecənin bərəkət və xeyirləri çoxdur. Ona görə də qarşıdan gələn Qədr gecələrinin fürsətlərini əldən verməyək və ondan bəhrələnməyə çalışaq. (Tebyan)/deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .