Həzrət Peyğəmbərin (s) baxışında güclü insan kimdir?


Həzrət Peyəmbər (s) Mədinədə bir dəstə cavanla rastlaşdı ki, idman və güləşirdilər. Hz Peyğəmbər (s) buyurdu: Sizin baxışınızda güclü insan kimdir? Müsəlmanlar dedilər: Ən güclü və qüvvətli o şəxsdir ki, heç kəs onun qol gücünü əyə bilməyə!

Hz Peyğəmbər (s) buyurdular: Həqiqi güclü və qəhrəman o kişidir ki, Şeytan əli ilə onun sinəsinə vura ki əsəbləşdirib insanlara hücum gətirə. Amma həqiqi güclü kişi isə şeytanın istəyinin əksinə olaraq Allahı xatırlayaraq səbir və haqqından keçməklə insanlara qarşı mehriban və əsəbini yerə atar.”/Mənbə: Mişkatul-Ənvar kitabı, səh: 145.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .