Əzab mələklərindən nicat yolu hansı əməllə mümkündür?


Əzab mələklərindən nicat yolu
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahın onu 19 şölədən (əzab mələklərindən) xilas etməsini istəyirsə, \"Bismilləhir-Rahmənir-Rahim\"i qiraət etsin. Çünki o, 19 hərfdəndir. Allah onun hər bir hərfini, o mələklərin hər birinin qarşısında qalxan qərar verər”.

Allahın Peyğəmbəri (s) buyurur: \"Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (“Bismilləhir-Rahmənir-Rahim”də) \"bə\" hərfini çək, \"sin\"i açıq yaz, \"mim\"i əyri yazma, Allahı gözəl yaz. “Ər-rəhman”ı bir qədər uzat, “ər-rəhim”i yaxşı yaz\".
İmam Əsgəri (ə) \"Bismilləhir-Rahmənir-Rahim\"i təfsir edərkən buyurur: \"Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər\".

Allahın Peyğəmbəri (s) buyurur: \"Bismilləhir-Rahmənir-Rahim»lə başlayan dua geri qaytarılmaz\".
Allahın Peyğəmbəri (s) buyurur: “Bismilləhir-Rahmənir-Rahim” – hər bir yazının başlığıdır\".

İmam Sadiq (ə) buyurur: \"Bəzən bizim şiələrdən biri öz işini “Bismilləhir-Rahmənir-Rahim” ilə başlamır, buna görə də Allah Təala onu çətinliklərə və xoşagəlməz vəziyyətlərə düçar edir ki, ona Allaha şükrü və sitayiş etməyi başa salsın\".
Allahın Peyğəmbəri (s) buyurur: \"Bismilləhir-Rahmənir-Rahim”lə başlanmayan hər mühüm işin axırı yoxdur\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .