Dua qəbul olubsa hansı əməlləri edək, olmayıbsa hansı günahlardan uzaqlaşaq?


Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:

1. Təkəbbür etməyəsən və deməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi. Təkəbbür şeytanın (lən) qələbə çalmasına və əməlin məhv olmasına gətirib çıxardar.

2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.

3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən.



Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun:
1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən.

2. Dua etməyi tərk etməyəsən.

3. İlahi təqdirə razı olasan.Sənin bu razı olmağın duanın yerinə yetməsinə səbəb olar.
İmam Həsən (ə) buyurur: \"Mən o kəsə zaminəm ki, ürəyinə İlahi qəzaya razılıqdan başqası daxil olmaz, dua etsə yerinə yetər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .