Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar?


Qənaətin gətirdiyi səmərələr:

1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. İmam Əli (ə) buyurur: “Tamahkarlıq - həmişəlik qul olmaqdır”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar”.

2. Təyyib həyata malik olar. İmam Əli (ə) buyurur ki, o mömin kişi və qadın ki, saleh əməl yerinə yetirər – pak və pakizə həyatla dirildilər. Həzrət Əli (ə) buyurur: “Qənaət - həyatın ən xoş növüdür”.

3. Malını infaq etməyə qadir olar. İnsan əgər israf edərsə, infaq etmək üçün malı qalmaz. Ancaq qənaət və qane olmaq hissi insanın başqalarına infaq etməsi üçün əlini həmişə açıq edər. İmam Əli (ə) buyurur: “İnsan üçün necə də gözəldir ki, aza qənaət edər, çoxunu bağışlayar”.

4. Dini sağlam olar. İmam Əli (ə) buyurur: “Öz dininin salamat olması üçün dünyanızın az miqdarı ilə qənaət edin. Həqiqətən, dünyanın az miqdarından bəhrələnmək mömini qane edər”.

5. Nəfsini islah edər. İmam Əli (ə) buyurur: “Qənaət, nəfsi islah etmək üçün ən çox yardım edəndir”.

6. Həyatı sakit və aram olar. İmam Əli (ə) buyurur: “O kəs ki, kifayət qədər ruziyə qane olar, rahatlıq tapar. (Tamah) və meyl – çətinliklərin açarıdır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .