Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir?


“Əbu Abdullah” künyəsi barədə üç nöqtəni qeyd etmək lazımdır:

1. Ərəbin övladı olduqda körpəyə ad qoymaqdan əlavə ona künyə də təyin edərdilər. Hüseyn ibn Əlinin “Əbu Abdullah” künyəsi hələ azyaşlı olduğu müddətdən təyin olunmuşdur. (“Biharul-Ənvar”, c.44, s.251)

2. İmam Hüseynin Abdullah adlı bir övladı olmuşdur və o, Kərbəlada şəhadətə çatmışdır. Sanki Abdullah Kərbəlada dünyaya gəlmiş və anasının adı Rübab idi. O, Əli Əsğərdən başqa bir övlad olmuşdur. (“Tarixi Yəqubi”, c.2, s.181; İbn Səbbağ, “Əl-Füsulul-Mühimmə”, c.2, s.851)

3. İmam Hüseynin qiyamı dinin qalıcılığı və təkallahlılıq uğrunda olmuşdur. Dünyada hər bir təkallahlılın ibadəti Qiyamətədək İmam Hüseynin hərəkat və şəhadətinə borcludur. Bu səbəbdən o, bütün Allah bəndələrinin atasıdır. Yəni “Əbu Abdullah” – Allah bəndəsinin atası. (Əndəlib, “Sarəllah”, s.47)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .