Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir?


Allahın insanların həyatı və müqəddəratı ilə bağlı nəzərdə tutduğu və icra etdiyi sünnətlərindən biri də İstidrac sünnətidir.
İslaminSesi – İstidrac lüğətdə hər hansı bir məqsədə, hədəfə və pilləyə tədrici şəkildə çatmağa deyilir. Terminoloji olaraq daha çox Allahın günahkar və naşükür bəndələrini tədrici şəkildə özündən uzaqlaşdırmaq və onları sonda məhvə aparması sünnətidir.

Bu adətən insanlara nemətlərin tədrici şəkildə ard-arda verilməsi ilə başlayır. Bu şəkildə bəndələrin çoxu ilk nemətlərdə şükür edirdilərsə zaman keçdikcə şükür etməyi tərk edir və hətta verilən nemətlərdən günah yolunda istifadə etməyə başalyır. Belə ki insan birdən deyil bir neçə il keçdikdən sonra özünü mənəvi baxımdan məhv olmuş bir insan kimi görür. Hətta bir çoxları bunun necə baş verdiyini hiss etmir və necə din və Əhli-Beyt(ə) düşməni olduğunu da anlaya bilmir.

“Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)”
(Qurani-Kərim, Əraf-182)

İmam Hüseyn buyurub: “Allahın bəndəsinə etdiyi istidrac budur ki ona ard-arda nemətlər versin və şükr etmək qabiliyyətini ondan alsın”

Əslində günahkar insanlara davamlı şəkildə nemətlərin verilməsi də bu sünnətdən irəli gəlir.

Həzrət Əli buyurur: “Əgər görsən ki günah edə-edə Allah sənə davamlı nemət verir, bil ki, bu istidracdır”

İmam digər bir hədisdə buyurub: “Allahın sünnəti budur ki dünya zalımlarını sındırmadan öncə onlara möhlətlər və çoxlu rifah versin. Digər tərəfdən də O, ümmətlərin sınıq sümüklərini imtahanlarla və çətinliklərlə sağaldır”

İmamın bu hədisi “Günahkar insanlara davamlı nemətlərin verilməsi nə deməkdir?” sualına daha bir tutarlı cavabdır:

“Bir çoxlarının davamlı yaxşı vəziyyəti onlar üçün tələdir. Onların xətalarına göz yummaq (onların dərhal cəzalandırılmaması) onları məğrur edir. Şöhrətləri fitnə girdablarına batmağa səbəb olar.(Bil ki) Allahın ən çətin imtahan və bəlası da möhlət verməsidir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .