Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir?


Həzrət Peyğəmbər (s) buyurdu: Bir gün Allahın seçilmiş 4 böyük mələyi mənim yanıma gəldi. Onlar mənimlə həmsöhbət olanda sözlərinin davamında belə dedilər: Ya Rəsulallah! Sənə salavat deyən müsəlmanlar bilməlidirlər ki biz onlar üçün bu müjdələri veririk:

1-Cəbrail (ə) dedi ki, Ya Rəsulallah! Sənə hər gün 10 salavat deyənin qiyamətdə əlindən tutar və onu küş sürəti ilə Allahın sirat körpüsündən keçirərəm,

2-Mikail (ə) dedi ki, Mən də ona behiştin kövsər suyundan bol bol içirərəm,

3-İsrafil (ə) dedi ki, Mən də onun günahlarının bağışlanması üçün başımı səcdəyə qoyub duaçı olaram, Allahım onu bağışlamayana qədər başımı səcdədən qaldırmaram,

4-Əzrail (ə) da dedi ki, Mən də onun ruhunu Peyğəmbərlər (ə) məqamında olaraq alaram,
Mələklərin salavat deyənə bu dərəcə məqam tanıması nəticəsində Peyğəmbər (s) da buyurdu bu insan nə böyük məqamda və dəyərli insandır İlahi!!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .