Namazı başqa dildə qılmaq olarmı?


Cavab: \"Əslində namazın ərəb dilində qılınması onun ümumbəşəri olması əlamətidir. Çünki bir cərgədə dayanmış, bir cəbhədə fəaliyyət göstərən cəmiyyət eyni bir dildə danışmağa məcburdur. Hər bir insanın ana dilindən əlavə üмuмdünyəvi bir dilə də ehtiyacı var. Belə bir dil olmadan cəmiyyətdə kamil birliyi təmin etmək mümkünsüzdür.

Bu gün dünyanın bir çox мütəfəkkirləri belə bir əqidədədirlər ki, dünya vahid dövlət halına gələnədək bəşəriyyət həqiqi xoşbəxtliyə çatası deyil. Bu məqsədlə müxtəlif proqramlar hazırlanmışdır. Həmin proqramın bir maddəsi də beynəlmiləl dildir.

Bir sözlə, bütün dünya müsəlmanlarının vahid bir dildə ibadət etməsi birlik nişanəsidir. Мütəxəssislərin fikrincə, ərəb dili dünyanın ən geniş və imkanlı dillərindəndir. Bütün müsəlmanlar ərəb dilindən beynəlmiləl bir dil kimi istifadə etməklə islami birliyi təmin edə bilərlər.

Bundan əlavə, namazın vahid bir dildə qılınmması onu təhriflərdən, xürafatdan qoruyur. Məlum məsələdir ki, müxtəlif səviyyəli tərcümələr ilkin mətni dəqiq şəkildə ifadə edə bilmir. Naмazın ərəb dilində qılınмası ilə onun ruhu qorunur. Ona görə də hər bir müsəlman imkan daxilində ərəb dilini öyrənməlidir. İstənilən bir millətin nümayəndəsi namazın bir səhifəlik tərcüməsini qısa bir zaanda öyrənə bilər.

Bir sözlə, İslamın bütün etiqadi və əməli məsələlərinin əsasını tövhid təşkil edir. Namaz vahid qibləyə doğru, müəyyən vaxtda, vahid bir dildə qılınır. Bütün bunlar vəhdət nişanəsidir.

Əgər həcc mərasimi zamanı Мəkkədə olsaq, ayrı-ayrı millətlərin bir cərgədə duraraq eyni bir dildə \"Əllahu Əkbər” sədasını eşitsək, bu vəhdətin əzəmətini duyarıq. Əgər həmin mərasimdə eyni bir cümləni hərə öz dilində deyərdisə, uyğun əzəmətdən əsər-əlamət qalmazdı. \" /ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .