İmam Əliyə (ə) “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir?


İmam Əlinin (ə) Əbu Turab künyəsi haqda:
Əli (əleyhis-salam)-ın mübarək adları, ləqəbləri və künyələri çoxdur və bunlar hədis kitablarında qeyd olunmuşdur. O həzrətin künyələrindən biri “Əbu Turab”dır. Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih) bir gün İmam Əlini məscidə toz-torpaqlı halda gördükdə bu adı ona vermişdir.[1]
Rəvayətdə deyilir ki, bir nəfər Əbdüllah ibni Abbasdan soruşdu: “Nə üçün Peyğəmbər İmam Əliyə “Əbu Turab” künyəsi vermişdir?” Cavab verdi: “Çünki o, yerin sahibi idi və Peyğəmbərdən sonra Allahın yer üzündəki höccətidir. Yerin qalması və sükunəti onun xatirinədir.”[2]

[1] “Biharul-ənvar”, c-35, səh: 63-64,
[2] “Biharul-ənvar”, 35-ci cild, səh. 51.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .