Loğman Həkimin (ə) həyatına bir baxış


Loğman (ə)-ın həyatına bir baxış:
Hikmətli Loğman (ə) seçilmiş mənəvi insanlardan idi. Qurani Kərim buyurur: “Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!) “ Loğman/12.
Quran Loğman surəsində onun dəyərli nəsihətlərini gələcəknəsillər üçün nəql etmişdir. Bəlkə dəyərlər axtarışınca olanlar ibrət alıb seçilmiş insalardan ola bilələr.
Təəssüflər olsun ki, onun həyatı haqda dəqiq məlumat yoxdur. Loğmanın (ə) həyatı haqda aparılan geniş araşdırmalar nəticəsində o həzrətin haqqında bu tarixi sənədləri üzərə çıxarmaq mümkün oldu:
1-Nəsli
Bəzi tarixçilər yazırlar: Loğman Nahur ibn Tarihin oğlu olub. Bəziləri onu Baur ibn Tarih, bir dəstə də onu Baura, bəziləri isə onu Ləyan ibn Nahur ibn Tarihə nisbət verir. Bir dəstə isə onu Ənqa ibn Surun, bəziləri onu Ənqa ibn Mirbəd, bəziləri onu Ənqa ibn Seyrun, bəziləri onu Kuş ibn Sam ibn Nuh oğlu olaraq tanıtdırmışlar.
Tarixi məlumatlara nəzər salaraq belə nəticə alırıq: Aydın məsələdir ki, Loğmanın (ə) babasının kim olduğunu seçmək asan məsələ deyil, və nə də çox zəruri. Amma asanlıqla demək olar ki, Loğmanın nəsli tanınmış nəsəb olmamışdı. İmam Sadiq (ə) bu məsələ işarə edərək, buyurur:
“Allaha and olsun ki, hikmətlilik Loğman üçün nəslinə, var-dövlətinə, güclü cisminə və gözəlliyinə görə verilməmişdi”.
2- Loğmanın (ə) irqi və zahiri görünüşü: Loğman (ə), qara dərili irqdən idi. Onun haqqında aydın olan budur ki, o zahiri baxım cəhətindən nəsibsiz bir şəxs idi.
Təbrəsi “Məcməul-Bəyan” təfsir kitabında həzrət Loğman haqda maraqlı dastan nəql edir:
“Loğmana deyildi: Necə də pis görünüşə sahibsən? Loğman cavabında dedi: Rəsmə eyb tutursan yoxsa rəsmi çəkənə?!”
Rəvayətlərə görə: Loğman (ə) qısa qamətə sahib, geniş burunlu, ayaqları əyri bir şəxs olmuşdur. (Görünüşü xoşa gəlməsədə Loğman (ə) xoşyaşamaq dərsini öyrədən şəxsiyyət idi)

3-Loğmanın (ə) köləliyi:
Loğman (ə) Həbəşəli kölə idi. İmam İmam Əlidən (ə) nəql olunan hədisə əsasən: O birinci kölə idi ki, öz sahibi ilə anlaşaraq bəzi öhdəliyi boynuna aldı və özünü köləlikdən azad etdi. (Dəaim əl-İslam kitabı, cild: 2, səh: 309, hədis: 1165).
Səalibi və İbn Quteybə yazırlar: Loğman (ə) Həbəşəli bir kölə idi və Bəni İsraildən bir kişinin ixtiyarında. Sahibi onu azad etdi və çoxlu var-dövləti istifadəsinə verdi. Nəql olunur ki, Loğman (ə) köləliyə birinci dəfə satılanda 30 misqal qızıl dəyərinə satıldı.

4- Loğmanın (ə) həyatına bir baxış: Bu ilahi hikmətli şəxsin həyatı haqda, dəqiq tarixi faktlar tapmaq olmaz.
“Murəvvicuz-Zəhəb” kitabının tarixi məlumatında deyilir: O, Davud peyğəmbərin (ə) hakimiyyətinin onuncu ilində dünyaya gəlmiş və Yunus Peyğəmbərin (s) dövrünə qədər yaşamışdı. Bəzi rəvayətlərdə isə Davudun (ə) dövründə qocalmış bir hikmətli şəxs idi. Bəzi tarixçilər yazırlar: Loğman (ə) İsanın (ə) peyğəmbərliyi dövründən İslam peyğəmbərinin (ə) seçilməsi dövrünün ortalarında yaşamışdı.
Bəzi isə belə yazırlar: Loğmanın (ə) məşhurraşmasının dövrü İranlı Kiyaniyan tayfasının hakimiyyəti dövrü ilə eyni zamanda olmuşdur. Başqa bir nəzəriyyədə deyilir: Loğman (ə) miladi tarixi ilə 554 ci ildə dünyaya göz açıb.
Belə nəticə alırıq: Loğmanın (ə) yaşamasından bu günə qədər 2500 və 3000 ildən çox zaman keçməmişdir.

5-Yaşadığı yer: Tarixin bəzi məlumatlarına əsasən, Şam şəhəri Loğmanın (ə) yaşayış və məşhurlaşma vətəni olmuşdur. Bəziləri bu fikirdədirlər ki, Loğman (ə) indiki Türkiyə ölkəsində yaşamış və “Amuryum” kəndində dünyaya göz açmışdı. (Bəzi rəvayətdə isə onun Fələstinli olması deyilir).

6-Sənəti: Loğmanın işi haqda müxtəlif tarixi məlumatlar var. Dərzilik, dülgərlik, çovanlıq və odunculuq sənətlarlığı ona nisbət verilir. Bəziləri onu yataq üçün döşək, balış və gəvə tikən olaraq tanıtdırmışlar. (Hər halda Loğman (ə) dövrünün zəhmətkeş və halal ruzi qazanana insanlarından idi)
Loğmanın hikmətli şəxs olmasında əlavə onun dərin tibbi elmə yiyələnməsi tarixin güşələrində qeyd olunmuşdur.

7-Üzüyün təsiri: Qəzali “Ehya əl-Ulum” əsərində yazır: Loğmanın üzüyündə bu cümlə həkk olunmuşdu: “Gördüyünü örtmək guman etdiyini aşkar etməkdən daha yaxşıdır”. (hikmətli kəlam). Ehya əl-Ulum, cild: 2, səh: 475.

8-Şagirdləri:
Həmdullah Mustəfəvi “Seçilmiş tarix”ində yazır: Fisağurs (Yunanlı həkim Livan əsilli) və Camasəb (İranın qədim həkimi) –ləri Loğman həkimin şagirdlərindən hesab olunur.
Başqa yerdə gəmişdir: Anbazqeles, Yunanistanın məruf həkimi, hikmətliliyi Şamda Loğmandan (ə) öyrənək vətəninə qayıtdı. “əl-Kəni və əl-Əlqab” kitabı, cild: 2, səh: 74.- o həzrətin şagirdləri haqda geniş məlumatlar qeyd olunur.

9-Ömrünün uzunluğu:
Loğmanın (ə) ömrünün uzunluğu haqda da həyatı kimi müxətəlif məlumatlar nəql olunur. Tarixçilərdən bəziləri, Loğmanın ömrünü 200 il yazıblar. Başqa bir rəvayətdə, Loğmanın ömrü 1000 il olaraq qeyd olunur. Uzun ömürlülüyü haqda tarixdə belə əhvalat nəql olunur: “Loğman (ə) oğluna nəsihət yönlü sözündə belə buyrur: 4 min il ilahi peyğəmbərə (ə) köləlik etdim. ...”
Şeyx Səduq və Mufid Loğmanın ömrünün uzun olduğunu deyiblər. Kəmaluddin və tamamun nemə, səh: 559 və əl-Fusul əl-Əşərə, səh: 94.

10-Qəbri:
Tarixçilər onun qəbri haqda yazıblar: Əylə və ya Rəmlə Loğmanın dəfn olunduğu yerdir. Səyyah tarixçilər yazanlar isə deyirlər: Onun dəfn olunduğu yer: İskəndəriyyədir, indiki Misirdir. “Möcəmul Bəldan” tarix kitabında isə Loğman və oğlunun qəbrinin Fələstində olduğu yazılıb.
Loğmanın hikmət namə kitabından, Yazıçı: Ayətullah Məhəmməd Rey Şəhri.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .