İmam Zamanın (ə.c) Yusif Peyğəmbərə (ə) oxşar cəhətləri nələrdir?


İmam Zamının (ə) dövlətinin şərait və vəziyyətləri İlahi peyğəmbərlərin (ə) yaşayış tərzi ilə uyğun olacaq. Bu məsələ o həzrətin İmamət məqamının ilahi peyğəmbərlərin hədəflərinin davamı olmasının göstəricisidir. Elə ki, ilahi peyğəmbərlərin (ə) bəziləri ilahi borclarını yerinə yetirmək üçün İmam Zamana (ə) deyilən hidayət yollarından, ilahi qanunları təbliğ etməkdə onlardan istifadə etmişlər. Bu yazımızda İmam Zamanın (ə) hakimiyyətinin yolları Yusif peyğəmbərin (s) hakimiyyət üsulları ilə müqayisə olunur.
İmam Zamanın (ə) hakimiyyət qurmaqda həzrət Yusiflə (ə) müştərək yollardan istifadələri:

1-Həzrət Yusif (ə) öz dövrünün sima cəhətdən gözəl insanı olmuşdur, həzrət Məhdi (ə) də zühur edəcək əsrdə yer əhlinin ən gözəli olacaq.

2-Həzrət Yusif (ə) uzun müddət gözlərdən qeybə çəkildi, yəni tanıdıqları onu görə bilmədilər. O zaman kimi ki, qardaşları onu gördülər və tanımadılar, amma həzrət Yusif (ə) qardşalarını tanıdı. Həzrət Qaim (ə) da insanların gözündən qeybə çəkildi, bir halda ki, onların arasında yaşayır və insanları tanıyır. Amma müsəlmanlar onu tanımırlar.

3-Allah Yusif peyğəmbərin (s) işini bir gecədə həll etdi ki, padişaın yuxu görməsi ilə Yusifin hikmətli məna verməsi ilə onu Misirdə əziz etdi. Allah Taala həzrət Məhdinin (ə) hakimiyəttini də bir gecədə üzərə çıxaracaqdır.

4-Həzrət Yusif (ə) zindana məhkum oldu. İmam Baqirdən (ə) bir hədisdə gəlmişdir: \"Qeybətə çəkilmə məsələsinin sahibi olan (Məhdinin (ə) yaşayışında Musa (ə), İsa (ə), Məhəmməd (s) və Yusifdən bir nişanə var. ... Yusifin sünnəti isə zindana və qeybətə çəkilməsidir\".

5-Yusif (ə) xas və ümumi tanışlarından qeybətə çəkildi, və özünü qardaşlarından gizlətdi. Qeybət dövründə onun və yaxınlarının arasında fasilə olmasına baxmayaraq həmişə onları düşünərdi. İmam Zaman (ə) da baxmıyaraq şiələrinin gözündən və düşüncəsindən uzaq düşmüşdür, amma hər zaman şiələrinin haqqında düşünər.

Mənbələr:
1-Məhəmməd Baqir Məclisi, Bihar əl-Ənvar, cild: 51, səh: 223-224, Beyrut çapı,
2-Bihar hədis kitabı, cild-51, səh: 218, hədis: 7-8,
3-Ayine intizar kitabından, səh: 92-93, Cəmkəran məscidinin çapı,
4-Məhdi əbədi möcüzə kitabından: Təsuci, səh: 36. (tolooemehr.com)
Tərcümə etdi: Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .