İmam Zaman (ə) köməkçiləri hansı xüsusiyyətlərə malik olmalıdırlar?


İmam Zaman (ə) zühur edən zaman rəvayətlərdə 313 xüsusi səhabə və çoxlu sayda köməkçilərinin olması deyilmişdir. Belə bir sual irəli gəlir ki, o ağanın səhabələri hansı xüsusiyyətlərə malik olacaqlar. Rəvayətlərdən belə istifadə olunur ki, o həzrətin səhabələri bu xüsusiyyətlərə malik olaraq belə böyük məqama nail olarlar. Seçilmiş səhabələrin xüsusiyyətləri ibarətdir:

1-Mərifət, Onlar Allah və İmamla dərin tanışlığıa və düşüncəyə malik olarlar. İmam Əli (ə) onların haqqında buyurubdur: O kişilər olarlar ki, Allahı imkan həddində olduğu kimi tanıyarlar, ondan başqasına möhtac olmağı inkar edərlər.

2-İtaətkar olarlar, İmamın hər əmrini ilahi şəri hökm olaraq qəbul edib istəyin niyəliyindən sual verməz və inkar və əmli zidiyyət göstərməzlər. Peyğəmbərin (s) hədisi.

3-İbadətkar və güclü və möhkəm iradəli olarlar, İmam Sadiq (ə) hədisinin məzmunu.

4-Şəhadət və səadət tələb olarlar, Allah yolunda qurban olmağı arzu edərlər, İmam Sadiqin (ə) hədisinin məzmunu.

5-Həmrəylik və birlik yolunda olar və başqalarını birliyə dəvət edənlərdən olarlar, İmam Əli (ə) hədisinin məzmunu.

6-Maarifləndirmək qabiliyyətinə malik olarlar. Qəlbləri nurlu, həqiqət tanıma baxışını əldə edib başqalarını da nuraniyyətə hidayət edərlər. İmam Sadiq (ə) hədisinin məzmunu.
Mənbə: Bihar əl-Ənvar, cild: 52.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .