Nİyə bu bayrama Fİtr bayramı deyİrlər?


Fitr bayramı İslam dininin ən böyük iki bayramından biridir. Bu bayramın müsəlmanlar arasında xüsusi yeri və əhəməyyəti vardır. Bu haqda çox sayda hədis gəlib çatmışdır. Bu böyük bayramlardan biri Fitr bayramı və o birisi isə Qurban bayramıdır. Hədislərdə oxuyuruq ki, Peyğəmbər (s) o zaman ki, Məkkədən Mədinəyə hicrət edir, görür ki, buranın insanları ildə iki günü bayram keçirirlər. Peyğəmbər (s) soruşur ki, niyə bu günlərdə bayram keçirirsiniz? Onlar da cavab verir ki, biz bu iki günü özümüz üçün bayram günü təyin etmiş və həmin günlərdə sevinir və istirahət edirik. İslam Peyğəmbəri (s) buyurur: “Allah bu iki günün əvəzində başqa iki günü bayram təyin etmişdir. Onun bir günü Fitr bayramıdır və o birisi isə Qurban bayramı”.

Fitr bayaramı o bayramdır ki, müsəlmanlar bir ay oruc tutur, yeməkdən, içməkdən və bir çox mübah işlərdən əl çəkir və xalis ibadət etməyə çalışırlar. İndi isə bir ay oruc tutduqdan sonra Şəvval ayının ilk günündə öz əcr və mükafatlarını Allahdan istəyirlər. Allahın onlara vəd etdiyi mükafat və əcrə görə bayram edirlər.
Bayram – “eyd” ərəb dilində “geri qayıtmaq” deməkdir. Ona görə də o zaman ki, bir ailənin, bir millətin çətinliyi həll olardı, həmin günü bayram adlandırardılar.

Məsum İmamlar (ə) buyurur: “O gün ki, sən günah etmirsən, həmin gün bayramdır”. İsa peyğəmbər (ə) maidənin (süfrənin) nazil olduğu günü Allaha, imana, paklığa, qələbəyə qayıdış günü, yəni bayram günü elan edir. Hədislərdə oxuyuruq ki, Maidə şənbə günü nazil olduğu üçün xristianlar bu günə xüsusi əhəmiyyət verirlər.
Bayram sözü Quranda bir dəfə işlənmişdir. “Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»”. ( “Maidə” 114).

Şəvval ayının birinci günü ona görə bayram edilir ki, oruc tutmaq əmri aradan götürülər və müsəlmanlara oruclarını açmaq əmr edilər.

Bəs niyə bu bayrama Fitr bayarım deyirlər?
“İftar” sözü “futur” sözündən götürülmüşdür və mənası yemək və içmək deməkdir. Fitr də bu sözlərdən əmələ gəlmə sözdür. İnsan bir gün oruc tutduqdan sonra azan zamanında iftar edər və yemək və içmək üçün icazə alar. Bu bayram günündə isə müsəlmanlar bir ay oruc tutub, yemək və içməkdən qalıb, ibadətə üz çevirib batini feyz əldə etdikdən sonra, həqiqətdə öz mənliklərini dərk etmiş olarlar.
İnsanın pak fitrəti, bir il ərzində nadanlıq, cəhalət, qəflətə görə qabar bağlayar, ancaq bu müqəddəs ayda həmin qabarlardan təmizlənər və yeni bir həyata qədəm qoyarlar. Ona görə də bu günü qayıdış günü elan etmək olar.
İmam Əli (ə) Fitr bayramlarının birində xütbə deyir və buyurur: “Ey insanlar! Bu, elə bir gündür ki, yaxşı əməl sahibləri mükafat alar, ziyan əhli məyus və ümdisiz olarlar. Onun Qiyamət gününə oxşarlığı çoxdur. Ona görə də evinizdən çıxıb, bayram namazına gələn zaman qəbirlərdən qalxıb Pərvərdigarınıza tərəf hərəkət etməyinizi yadınıza salın. Namaz yerində dayan zaman Pərvərdigarınız qarşısında dayanmağınızı yadınıza salın. Evinizə qayıdan zaman behiştdə olan mənzilinizə qayıtmağınızı yadınıza salın. Ey Allah bəndələri! Oruclu kişi və qadınlara verilən ən az şey budur ki, mələk Ramazan ayının son günündə onlara nida edər və deyər: “Müjdə olsun, ey Allah bəndələri! Keçmiş günahlarınız bağışlanmışdır. Ona görə də gələcəyinizin fikrində olun ki, necə qalan əyyamı keçirdəcəksiniz””.

Məsumların (ə) buyurduqlarından belə nəticə çıxartmaq olar ki, bu byaram elə bir gündür ki, biz müsəlmanlar əməyimizin əvəzini alacağıq. Pak olan fitrətimizə qayıdacağıq. Ona görə də bu günü çox dua etmək - müstəhəb əməllərdəndir. Həmin günü süstlük və tənbəllik etməyərək, Allahdan xeyir, bərəkət istəmək lazımdır.
İmam Səccad (ə) buyurur: “Allahım, bu Fitr bayarmımızı möminlər üçün sevinc, bir yerə toplaşmaq günü qərar vermisən. Düçar olduğumuz günahlara, gördüyümz hər bir pis işə, niyyətə görə Sənə tərəf qayıdırıq”.

Fitr bayramı elə bir bayramdır ki, yoxsulların üzü gülər. Verilən sədəqə onların bir çox həyat çətinliklərini həll edər.
Fitr bayarımının həqiqətlərini dərk edib, onun fəzilətlərindən daha çox faydalanaq.
(İslami saytlara istinadən/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .