Nİyə namazı əllərİmİz açıq halda qılırıq?


Bismillahir-Rəhmani-Rəhim. Bizə ən çox ünvanlanan suallardan biri də namazın qiyam şəkli ilə bağlıdır. Sual edilir ki, nə üçün Əhli-beyt (ə) məzhəbinin ardıcılları namazların qiyam halında əllərini yana salır, yəni açıq tuturlar?

Cavab: Bu məsələ mübarək Qurani-Kərimdə açıq şəkildə bəyan olunmayıb. Əhli-beyt (ə) məzhəbində namaz qılınma şəkli, o cümlədən qiyam (ayaqüstə durmaq) halı məsumlardan (ə) nəql olunan mötəbər hədislərə əsaslanır:


علي بن إبراهيم، عن أبيه، ومحمد بن إسماعيل، عن الفضل بن شاذان جميعا، عن حماد بن عيسى، عن حريز، عن زرارة عن أبي جعفر ( عليه السلام ) قال : وعليك بالإقبال على صلاتك ـ إلى أن قال ـ ولا تكفر ، فإنما يفعل ذلك المجوس
...Zürarə Əbu Cəfər (İmam Baqir a.s)dan nəql etdi: \"namazını şövq və hüzur ilə qıl və əllərini bağlama. Çünkü bu əməli məcusilər edirlər\" (\"Kafi\" 3/299; \"Vəsailuş-şiə\" 7/266).

عنه، عن أحمد بن محمد، عن حماد، عن حريز، عن رجل، عن أبي جعفر (عليه السلام) قال: قلت له: ” فصل لربك وانحر”؟ قال: النحر الاعتدال في القيام أن يقيم صلبه و نحره وقال: لا تكفر فإنما يصنع ذلك المجوس ولا تلثم ولا تحتفز (1) ولا تقع على قدميك ولا تفترش ذراعيك
...Həriz bir adamdan o da Əbu Cəfər (İmam Baqir a.s)dan nəql etdi: \"əllərini bir-birinin üzərinə qoyma, çünkü bu məcusilərin əməlidir\" (\"əl-Kafi\", 3/336-337; \"Təhzib əl-Əhkam\", 2/84; \"Vəsail əş-Şiə\", 7/266)

عن أبيه ، عن سعد بن عبدالله ، عن محمد بن عيسى ، عن القاسم ابن يحيى ، عن جده الحسن ، عن أبي بصير ومحمد بن مسلم ، عن الصادق ، عن آبائه عليهم السلام قال : قال أمير المؤمنين عليه السلام : لايجمع المسلم يديه في صلاته وهو قائم بين يدي الله عزوجل يتشبه بأهل الكفر يعني المجوس
...Məhəmməd b. Müslüm İmam Baqir və ya İmam Sadiq a.s-dan nəql etdi: İmama dedim ki: \"bir şəxs namazda sağ əli sol əlinin üzərinə qoya bilər?\" dedi ki: \"yox, bunu etməməlidir\" (\"Təhzib əl-Əhkam\", 2/84 ;\"Vəsail əş-Şiə\", 7/265-266).

عن أبيه ، عن سعد بن عبدالله ، عن محمد بن عيسى ، عن القاسم ابن يحيى ، عن جده الحسن ، عن أبي بصير ومحمد بن مسلم ، عن الصادق ، عن آبائه عليهم السلام قال : قال أمير المؤمنين عليه السلام : لايجمع المسلم يديه في صلاته وهو قائم بين يدي الله عزوجل يتشبه بأهل الكفر يعني المجوس
...Əbu Bəsir və Məmməd b. Müslüm İmam Sadiqdən a.s, o da atalarından a.s nəql etdi: Əmirəlmöminin a.s dedi: “müsəlman bir şəxs namazda, Allahın hüzurunda ikən əllərini bağlayaraq küfr əhli olan məcusilərə bənzəməməlidir.” (\"Xisal\", 2/161; \"Vəsail əş-Şiə\", 7/267; \"Bihar əl-Ənvar\", 81/325).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .