Dİrİlərin ölənlər üçün ən yaxşı hədİyyəsİ nə ola bİLƏR?


Ruhun bədənlə sıx rabitəsi vardır. Belə ki, qəbrinin üstünə ziyarətçi gələn kimi, ruhu Vadiyəs-səlamdan qəbrinə tərəf uçar. Qəbrini ziyarət edəndən razılıq edər.
İmam Kazımdan (ə) soruşarlar ki, möminlər qəbrini ziyarət edənləri tanıyırlarmı? Buyurur: “Bəli. O zaman ki, qəbrinin başındadır, onunla söhbət edər. Oradan gedən zaman isə darıxar”.
Əgər ölünün qəbri başında ölünü yada salıb, “Fatihə” oxuyarlarsa, ona görə bağışlanma diləyib dua edərlərsə, həmin ölünün bərzəxdəki halı yaxşılaşar.
Həzrət Peyğəmbər (s) buyurur: “Dirilərin ölülər üçün ən yaxşı hədiyyəsi - dua və bağışlanma diləməkdir”.
İmam Sadiq (ə) buyurur: “Dirilər hədiyyədən sevindikləri kimi, ölülər də onlara görə bağışlanma diləməkdən sevinərlər”.
Dirilərin ölüləri ziyarət etməsi onlar üçün bir ibrət dərsidir və ölümü xatırladar. Həzrət Peyğəmbər (s) buyurur: “Ölülərinizin ziyarətinə gedin ki, sizi axirəti (ölümü) yada salsın”.

Abdullah ibni Sənan İmam Sadiqin (ə) tərəfdaşlarından idi və o, nəql edir: “İmamdan (ə) soruşdum ki, Kövsər çayı nədir? Həzrət (ə) onun haqqında danışdı və sonra buyurdu: “Onu görmək istəyirsənmi?”. Dedim: “Fədan olum, bəli”. Buyurdu: “Əlimi tut ki, bu şəhərdən çıxaq”. İmam (ə) ayaqlarını yerə çırpdı. Mələkut pərdəsi aralandı və bərzəx aləmi göründü. Gözümü açan zaman böyük bir çay gördüm ki, nə başlanğıcı var idi və nə də sonu. Bulaqlarından süddən də ağ və yaqutdan gözəl su axırdı. Dedim: “Fədan olum, bu çay haradan gəlir?” Buyurdu: “Bu, o bulaqdır ki, Allah Quranda buyurur ki, sudan, süddən və şərabdan olan çaydır. Bu çayın kənarında ağaclar gördüm ki, onun kölgəsində hurilər var idi və dünyada onlar kimi gözəlini görməmişdim. Həzrət (ə) onlardan birinə işarə edir ki, su versin. Huri qədəhi su ilə doldurur və Həzrət qədəhi ondan alır və mənə verir. Heç bir zaman bu qədər gözəl qab görməmişdim və onun kimi şirinini içməmişdim. Dedim: “Fədan olum, belə bir şeyi nə görmüşəm və nə də təsəvvür etmişəm”. Həzrət (ə) buyurdu: “Bu, ən az şeydir ki, Allah davamçılarımıza vəd etmişdir. O zaman ki, mömin ölər, onu bu yerə gətirərlər. Bağlarında gəzdirərlər. Buranın şərablarından içizdirərlər””.

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir. Deyir: “Ey Allahın peyğəmbəri! Mənim başıma qəribə əhvalat gəlmişdir”. Həzrət (ə) buyurur: “Nə görmüsən?” Deyir: “Həyat yoldaşım çox ağır xəstəliyə düçar olmuşdu. Dedilər ki, əgər Əhqaf vadisinin quyusundan su içsə, şəfa tapar. Qədəhi götürüb həmin yerə yollandım. O yerə çatan zaman oranın dəhşətli bir səhra olduğunu gördüm. Qorxaraq özümü həmin quyuya çatdırdım. Onu qədəhlə müşkümə tökürdüm ki, qəfildən dəhşətli bir səs diqqətimi cəlb etdi. Yuxarı tərəfdən zəncirlə bağlanmış susuz bir insan fəryad çəkirdi. Mənə dedi ki, bir az su ver ki, susuzluq məni həlak edəcək. O qədər qorxmuşdum ki, qaçmağa çalışdım. Ancaq ayaqlarım getmirdi. Qədəhi doldurdum ki, ona su verəm. Birdən boğazında olan zəncirlə bir yerdə onu yuxarı dartdılar. Müşkümün ağzını titrəyərək bağladım və özümü o qorxulu səhradan xilas etdim”. Həzrət Peyğəmbər (s) buyurdu: “Bu çarəsiz - Adəmin (ə) oğlu Qabil idi ki, qardaşını öldürmüşdü”.
(Tebyan/Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .