NƏ ZAMAN KİÇİK GÜNAHLAR BÖYÜK GÜNAHLARA ÇEVRİLİR?


Kiçik günahların bəzi hallarda böyük günaha çevrilməsininin Quran ayələri və hədislərdən izahı:
Kiçik bir günahı dəfələrlə təkrarlamaq.
Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.
Allah-təala «Ali-imran» surəsinin 135-ci ayəsində buyurur:
«(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər».
İmam Baqir (ələyhissəlam) bu ayənin açıqlamasında belə buyurur: Günaha israr etməyin mənası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın. İmam Əli (ələyhissəlam) bu barədə buyurur:

اِيّاكَ وَالاْصْرارَ فَاِنَّهُ مِنْ اَكْبَرِ الْكبائِرِ وَاَعْظَمِ الْجَرائِمِ

«Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .