Təqva əhlinİ fərqləndİrən xüsusİyyətlər


Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar”. (“Ənam” 120). Bu ayədə təqva əhlinin şeytanı tanımasından söz açılmışdır. Düzdür şeytan işini elə görür ki, şeytan olmağı gözə dəymir, ancaq təqva əhli bunu həmin an hiss edər və tanıyarlar.
Təqva əhli ilk növbədə günahları tanıyar. Bu haqda Allah buyurur: “Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır”. (“Qaf” 37). Yəni, alim- agah bir insandır. Özünü günaha batmaqdan hifz edər.
Quran ayələrində günaha görə böyük əzab vəd edilir və bu günah kəbirə günahlardır. Kəbirə günahlardan biri də paxıllıqdır. Bu batini rəzil xüsusiyyətlərdəndir. Başqa kəbirə günahlara: riyanı, təkəbbürü, qeybəti misal göstərmək olar. Bu batini atəş üzə çıxarsa, bədən köməyinə gələr, bədən batini günaha yardım edər. Çünki fiziki yardım olmadan günah üzə çıxa bilməz.
Riyakar insan namaz qılan zaman gərək bütün bədənini müsbət iş üçün fəaliyyətə salsın ki, insanlar onun fiziki hərəkətini görə bilsinlər. Çalışar ki, insanlar onu görsünlər və onun haqqında yaxşı düşünsünlər. Bu, batini günahdır.
Bizə günahdan uzaq olmağın yolunu təqva əhli göstərər. “Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər”. (“Tövbə” 122).
Allah çirkini gözəldən ayıra bilən bu mərifəti “furqan” adlandırmışdır. Nəinki gözəli çirkin və çirkini gözəl görəsən. Bu, təqvanın bərəkətindəndir. Həqəqətdən təqva əhli agahlığın mühasirəsində olar və mərifət ilə örtülər. Elmlərin ən gözəli Allahın elmidir. Bu elm də Quranı dərk edərək, əldə edilər. İnsan təfsiri ətraflı bilmək istəyirsə, “Həmd” surəsindən başlayaraq, axrıncı surəyə qədər Quranı diqqətlə tədqiq etməli və dərk etməlidir.
Quran kitabının üçdə bir hissəsi Allahın Calal və Camalından bəhs edir. İnsan əgər Allahı həqiqətən tanımaq istəyirsə, “Həşr” surəsinin son üç ayəsinə diqqət etməlidir. Əlbəttə bu işi müəllim, təfsirçi və Əhli-beytə (ə) istinad edərək, etməlidir. İnsan o zaman ki, Allaha elm əldə edər, bu elmin səmərəsini elə bu dünyada görər.
Bir nəfər Ayətullah Seyyid Murtəza Dərçeynin yanına gəlir və deyir: “Eşitmişəm ki, siz çətinliyə düşmüsünüz”. Alim narahat olur və deyir: “Məni səbəbsiz yerə narahat etdin. Mən özümü tanıyandan bəri Allaha and olsun ki, çətinliyi hiss etməmişəm”. Deyilənə görə həyatının 90%-ni çətinlikdə keçirən bu alim həyatında heç bir çətinlik hiss etmir.
Çünki onun Allaha elmi var idi. O, özünü Allahın ağuşunda və onun qonağı hiss etdiyi üçün dünyanı mehmanxana kimi qəbul etmişdir.
Dünya məgər nədir? İnsanların müvəqqəti qalmaq yeri. Biz hamımız qonağıq və bu qonaq evinin sahibi isə Allahdır. O, qonaqlarına qarşı Həlim və Ğəfurdur. Allah bu qonaq evində bizlərə həyatın ən gözəl təsvirlərini nümayiş etdirir. Peyğəmbərlərin (ə), İmamların (ə), Övliyaların həyat hekayəsini bizə bu dünyada təqdim edir. “De: «Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)». (Ənam” 162).
İmam Hüseyn (ə) “Ərəfə” duasının axırında buyurur: “Mənim Məhbubum! Həyatımın bütün tədbirlərini Sən əlinə al ki, mən tədbir görməkdən rahat olam. Sanki mən yoxam”.
Bir nəfər Musa ibni Umrana buyurur: “De: “Lə iləhə İlləllah”. Buyurdu: “Demirəm”. Dedi: “Bu, tövhid kəlməsidir. Səndən əvvəlki peyğəmbərlər bu kəlməni təbliğ edirdilər və sən də onun təbliğatçısısan. Niyə demirsən?” Dedi: “Səbəbi budur ki, sən - şeytansan. Sən insanın xeyrini istəmirsən. Əgər mənə deyirsənsə bu tövhid kəlməsini deyim, deməli bu işin altında bir iş vardır. Mən sənin istəyinlə deməyəcəyəm. Ancaq əgər qardaşım Harun desə, təvazökarlıqla, rükuda, səcdədə bu kəlməni ağlayaraq, deyərəm. Ancaq sən Qiyamətə qədər desən, yenə də təkrar etməyəcəyəm”.
İmam Əli (ə) günəş doğandan sonra qanlı döyüşdə yeddi dostunu əldən vermişdi. Düşməndən isə 7 min nəfər öldürülmüşdü. Bu yeddi min nəfər şeytanlar idilər və şeytanın fitnəsini yayırdılar. İmam Əli (ə) və onun bəzi tərəfdaşları isə şeytanı tanıyan idilər. Təqva əhlinin iki mərifəti vardır: biri təqvadan əvvəlki mərifətdir. Dini mərifət və fəhşanı tanımaq. İkincisi isə günahdan çəkinməkdir. Bu çəkinmək o qədər davam edər ki, ruhu təqvalı edər və bundan sonra furqan elmi ardınca gələr.
Bu furqan elmi düşməni tanıyan ən gözəl elmdir. İnsan düşməni tanıyaraq, xəyalı rahat olur. Bilər ki, düşmən kimdir və ona görə də hər zaman haradan zərbə dəyməsinə görə narahat olmaz. Təqva əhli hər bir şeytandan daha zirəkdir. Quranda şeytan haqqında 98 ayə vardır. Böyük alimlərdən biri Əllamə Hilli 81 yaşında ölüm yatağında idi və oğlu Fəxrəl-Muhəqqiqin mərcəyi təqlid idi. Atasına deyir: “Ata! De: “Lə iləhə İlləllah”. Atası əsəbi halda dedi: “Yox”. Oğlu çox təəcübləndi. Çünki atası ilk alim idi ki, ona Ayətullah ləqəbini vermişdilər. Ondan əvvəl heç kimə bu ləqəbi verməmişdilər. 523 cildlik kitabın müəllifi olan atasının bu cür iş görməyi onu təəcübləndirir. Ona görə də namaz qılmağa və Allaha təvəssül etməyə gedir. Dua edir ki, Allah atasına rəhm etsin. Gəlir və yenə deyir: Ata! De:”Lə iləhə İlləllah”. Atası asta səslə təkrar edir. Oğlu dedi: “Atacan! Bəs əvvəl deyəndə niyə təkrar etmədiniz?” Dedi: “Çünki səni şeytan simasında görürdüm. Ancaq namazdan sonra şeytan sifətindən çıxdın. Ona görə də sənin sözünü qəbul etdim”.
Bəli, təqva əhlinin ən gözəl xüsusiyyətlərindən biri şeytanı tanımaqdır.

Əhli Beyt -ABNA-


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .