İMAM MƏHDİ (Ə.F) ÜMUMDÜNYA DÖVLƏTİNİ HANSI ÜSULLA İDARƏ EDƏCƏKDİR?


İmam Sadiq (ə)-ın dostlarından biri sual verdi ki, Məhdi (ə) dövləti idarə etməkdə hansı üsullardan istifadə edəcəkdir?
O həzrət buyurdu: «Yəsnəu ma sənə᾿ə rəsulullahi yəhdimu ma kanə qəbləhu, kəma hədəmə rəsulullahi əmrəl cahiliyyəti, vəyəstə᾿niful islamə cədidən.»
Yə᾿ni: «O, elə Allah Peyğəmbərinin (s) etdiyi işləri edəcəkdir. Allah rəsulu kimi keçmişlərin xurafat, düzgün olmayan qayda-qanunlarını məhv edəcəkdir. Necə ki, Peyğəmbərimiz həzrət Məhəmməd (s) islamdan əvvəlki cahiliyyət dövrünün qayda-qanunlarını məhv etdi və islamı yenidən qurdu. (Şəriət qanunlarına qarışmış mövhumat və xurafatları əsil islam qanunlarından təmizləyəcək.)»
Qısa izah:
İlahi ayinlər başlanğıcda saf və pak olur. Ancaq zaman keçdikcə cahillərin alçaq fikirləri, bədxahların çirkin əməlləri və qafillərin şəxsi zövqlərinin nəticəsində elə dəyişilir ki, öz təravət və paklığını tamamilə əldən verir. Tövhid şirk növləri ilə qarışır, qurucu fikirlər fırıldaqçıların yalanları ilə dəyişilir, Allahın insan yetişdirən qanunları dini və qeyri-dini istəklərə qurban verilir və öz orjinallığını əldən verir. Allahın höccəti həzrəts Sahibəz-zaman İmam Məhdi (ə) bütün bu çatışmamazlıqlara son qoyar və islamı bu çirkinliklərdən təmizləyib ona təzə bir həyat bəxş edər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .