Şərabın nə kİmİ təsİrlərİ vardır?


İnsan bə`zi vaxtlar hər hansı bir işin mahiyyətini başa düşmədən kor-koranə onu icra edir. Əgər onu bu işdən çəkindirmək istəsələr, tutarlı dəlil olmasa, heç vaxt öz işindən əl çəkmir.
Onu da bilmək lazımdır ki, insanın ağlı onun üçün dəlil (əsas) sayılır. Yə`ni, hər bir sağlam insan öz ağlı ilə həqiqi nəticəyə gələ bilər.

Məşhur avropa alimi doktor Lev Gern öz statistik məlumatı və təhqiqatının nəticəsində belə bir məlumat verir:
“Spirtli içkilərə qurşanmış hər 761 nəfər şərab içənin övladlarından 322 nəfəri yüngül əxlaqlı olur, 155 nəfəri ruhi anormallığa, 131 nəfəri isə ürək xəstəliyinə tutulur. Ruhi xəstəxanalarda olan xəstələrin 30-40%-i şərab içənlərdir. İnsan qətllərinin 75%-i şərab içməyin tə`sirindəndir. Soyuq silahla adam yaralamaq və fiziki xəsarət yetirməyin 30%-i şərabın tə`sirindən, oğurluq və qarətçiliyin 82%-i də həmin üzdəniraq və yaramaz sərxoşluğun acı nəticələrin-dəndir”.

Başqa bir avropalı Andre Mino adlı doktor özünün “Alkoqolizimə qarşı beynəlxalq mübarizə” təşkilatına verdiyi məlumatda deyir:
“Ruhi xəstələrin 80%-i və cismi xəstəliklərə tutulanların 40%-i şərab içməyin tə`sirindəndir. Uşaqlar arasında 60% avara və tüfeyli uşaqlar, 40% azyaşlı cinayətkar, şərab içilən ailələrdən olublar.”
Şərabın yəni spirtli içkilərin bəşəriyyətə vurduğu ziyanlar həddən artıqdır. Bəzi xəstəliklər, o cümlədən mədə-bağırsaq xəstəliyi cigər xəstəliyi, mədə, sinə və böyrək vərəmi, ruhi xəstəliklər, əsəb zəiflikləri və bu kimi digər ağır xəstəliklər şərabın təsirindən vücuda gəlir.
Məşhur Rus yazıçısı Tolstoy yazır:
”Əhali yaxşı bilir ki, şərabın tə`siri ilə vicdanın səsi boğulur. Ona görə də, ondan istifadə edirlər.” (Yə`ni adi halda kimsənin cür`ət etmədiyi yaramaz, alçaq hərəkətlər, zülm və böyük cinayətlər sərxoş olan vəziyyətdə çox asan bir işə çevrilir.)

Allahın haram etdiyi şərab, insanın ürək-damar sisteminə çox böyük mənfi tə`sir edir, qəlbin döyüntüsünü azaldır, ürəyin genişlənməsinə və damarlarında beyin, əsəb və hafizəyə lazım olan hüceyrələrin zəiflənməsinə səbəb olur. Qırmızı qan damarlarını o qədər zəiflədir ki, çox asanlıqla aradan gedir. Bu da şərab içənin infarkt keçirməsinə və nəhayət, qəfil ölümünə səbəb olur. Bu cür xəstəliklərdən Allaha pənah aparırıq!
Allahın haram etdiyi şərabın gözə də çox böyük mənfi tə`siri vardır. Göz-əsəb sistemlərini zəiflədir. Gözlərdən həmişə yaş gəlməsinə səbəb olur. Bununla da, şərabxorun gözlərindən də məhrum olmaq ehtimalı qarşıya çıxır. Şərabın zərəri qulağın içinə qədər tə`sir edir, eşitmə qabiliyyətini azaldır və qulağın içində qəribə qorxulu səslər yaranmasına səbəb olur.


İslam dininin insanlara ne`mət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar.
İmam Baqir (əleyhissəlam) buyurur:
“Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi gələr ”.
Həzrəti İmam Sadiq (ələyhissalam) buyurur:
“Allah-təala Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir ”.
Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
“Başqaları ilə şərab içilən süfrənin başında əyləşən şəxs, məl`undur” !
Bəşəriyyətin ən qatı düşmənlərindən biri olan şərab haqqında Qur`ani-Kərimin bir neçə surəsində ayələr nazil olmuşdur.
Maidə surəsi,90-ci ayə:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
“Ey iman gətirənlər! Şərab da [içki də], qumar da bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”
Bu ayə dörd cəhətdən şərabın haram olmasına dəlalət edir:
1. Allah şərabı çirkin bir şey adlandıraraq insanın nicat tapmasının mümkünlüyünü bu çirkinliklərdən uzaqlaşmaqda görmüşdür.
2. Bu cür əməlləri Şeytan əməli adlandırır. Aydındır ki, Şeytan əməli haram işlərdəndir.
3. Göstəriş verir ki, bu işdən çəkinin. Allahın göstərişlərinə əməl etmək vacib və bu göstərişin icrasından yayınmaq isə haramdır.
4. İnsanın düz yola gəlməsini və xoşbəxt olmasını bu cür murdar işlərdən çəkinməkdə görür. Onu da qeyd edək ki, Allah-təala bu günahın adını «bütpərəstlik» kimi günahla bir sırada çəkir. Bu da həmin əməlin şiddətli haram olmasına bir nişanədir. Bu mətləblərdən əlavə, şərabın təkcə içilməsinin deyil, satılmasının da haram olması aydınca başa düşülür.
Sonrakı ayədə buyurur:
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı .
Göründüyü kimi şərab insanın həm dünyasını, həm də Axirətini xarab edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .