Halal və Haram malın İnsana hansı təsiri vardır?


aşıl örtüyə bürünmüş bir bağda gözəl güllərin üzərinə rəhmət yağışının bərabər surətdə yağdığını təsəvvür edin. Bağban onlardan birində problem gördükdə onun suvarılmasında və qidalanmasında ciddi cəhd göstərir. Hər gün açılmış qönçələrin sevincli təravəti yoldan keçənlərin dilinə əhsən kəlməsini gətirir. Amma digər bağban bu bağbandan fərqli olaraq nə münasib suvarmadan və nədə ziyanvericilərdən xəbərdar deyil. Nəticədə bu bağın gülləri solub, kədər yaradır.
İnsan vücudunun gülüdə belədir. Dünyəvi bəhərlər hamının üzərinə yağan rəhmət yağışı İlahinin nemətləridir. Biri qırmızı və gözəl güllər, rəngli və gözəl iyli meyvələr əldə etmək üçün yolu tanıyır. Zərər və çətinliklərdən xəbərdardır. Fəzilət və kamal meyvəsini dərir. Mərifət güllərini yetişdirir. Amma digər ziyanları tanımır. Vücudunun gülünü qidalandırmaq üçün zərərvericilərdən işlədir. Kökünün yandığından və meyvəsinin pis istifadəyə yararsız olduğundan xəbərsizdir. İnsan vücudunun gülündəki pisliklər və ziyanlar həmin günahkar, xüsusilə haram tikə və haram maldır.

Allahın rəhmət küləyi daim əsir. Amma onu yalnız halal qida qəbul edib, öz lətafətlərini qoruyanlar hiss edir və vəsf olunmayacaq rahatlıq, əmin-amanlıqla nicat sahilinin kənarında əyləşirlər. Haram tufanlarının aqibətinə nəzarət edirlər. Həqiqi bağbanlar həmin İlahi rəhbərlər, bəşəri haram mala bulaşmaqdan cəkindirirlər və onların xoş olmayan təsvirlərini xatırladırlar.

Nədir haram mal?

“ Haram mal ” iki kəlmədən təşkil olunmuş bir cümlədir. İnsan mülkiyyətində olan hər bir şey, sərvət, dövlət, qüdrət mülk və dəyəri olan hər bir şeyə mal deyilir.
Haram –qadağan mənasındadır. Haram Ay –Müharibə etməyin haram olduğu, qadağan olduğu aydır. Məscidül-Həram elə bir məsciddir ki, xüsusi ehtirama malikdir. Orada bir neçə şey haramdır. Müşriklərin bu məscidə daxiil olması qadağandır.
Allahın əmrinə müxalif olan hər bir şey haramdır. Bu kəlmə təxminən 75 dəfə Qurani-Kərimdə işlənilib.
Beləliklə Allahın göstərişlərinin əksinə əldə olunan hər bir mal haramdır. Fərq etməz, Müsəlmanın və ya kafirin malını ələ keçirdib yemək haramdır. Çünki Allah onun malını başqalarına halal etməyib. Onların icazəsi olmadan və ya razılıq verəcəklərinə yəqinlik olmadan bu iş həyata keçirilərsə haramdır. (Cəvahirul-Kəlam c -34, səh -277)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .