Nə üçün bu 20 günü \"Əyyamİ-Fatimə (s.ə.)\" adlandırıblar?


Artıq \"Əyyami-Fatimə (s.ə)\" günlərini yaşamaqdayıq. \"Əyyami-Fatimə (s.ə.)\" günləri - Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi - İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəl ayının 13-cü günüdür. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cügünüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü \"Əyyami-Fatimiyyə (s.ə.)\" adlandırıblar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .