İnsan həyatının üç ən çətİn məqamı


Bəs insan dünya mərəzindən necə qurtulmalı, nələri xatırlamaqla özünü Axirət dünyasına hazırlamalı? İmam Rzadan (ə) çox mübarək və qiymətli bir hədis nəql edilir. İmam (ə) buyurur: “İnsanı ən çox vəhşətə salan həyat mərhələlərindən ən ağrılısı - üç andır. Birinci dünyaya gələn gündür ki, insan təzə dünyaya göz açır. İkinci, ölüm vaxtıdır ki, başqa bir dünyanı və onun əhlini görür. Üçüncü, Qiyamət günüdür ki, qəbirdən qalxır və yeni durumu müşahidə edir. Allah Təala bu üç halda Yəhyaya (ə) salam göndərib. Salam olsun ona, mövlud günü, ölüm vaxtı və o vaxt ki, diri öz yerindən qalxacaq”. İmam (ə) bizlərə həyatımızın ən mühüm və eyni zamanda ağrılı mərhələsini çatdırır. Eyni zamanda Həzrət İsa (ə) da buyurur: “Salam mənə, o gün ki, dünyaya gəlmişəm, o zaman ki, ölürəm və o zaman ki, diriləcəyəm”. Deməli, bu anlar olduqca ciddi anlardır.
Əhli beytin (ə) haqqını tanıyanlardan kimlər nicat tapa bilməyəcək?

İmam Səccad (ə) buyurur: “İnsan həyatında ən çətin saatları üç saatdır. Bir o andır ki, ölüm mələyi gələr və insan ölüm mələyini görər. İkinci, qəbirdən hərəkət edəndə. Üçüncü, o saat ki, Allah dərgahındadır, gözləyir görəsən Behiştə gedəcək ya Cəhənnəmə”. Bu anların növbəti ikisinə gərək insan indidən, dünya həyatında özünü hazırlaşdırsın, öz durumunu hazır vəziyyətə gətirsin. İmam Baqir (ə) çox incə bir həqiqəti müsəlmanlara öyrədir və buyurur: “Bu ümmətin hər üzvü ki, bizim haqqımızı tanıya, nicat tapma ümidi var. Üç kəsdən başqa: bir, zalım padşahın saray əhli, ikinci həvayi-nəfsinin qulu olan, üçüncü açıq-aşkar günah edən”. İmam (ə) burada mücərrəd olaraq hansısa müsəlmanlara deyil, hər bir kəsə deyir. Bir müsəlman Əhli-beytin (ə) haqqını tanıya - onun nicat tapmaq şansı çoxdur. Amma göstərilən üç kəsdən başqa. Onlar çətin ki, nicat tapalar. Bunlardan birincisi barədə İmam Səccaddan (ə) çox dəqiq bir çatdırış var: “Zülmkar və o kəs ki, ona kömək edər və hər kəs ki, onun işindən razıdır - hər üçü zülmdə şərikdir”.
Zülmkar bəlkə də Qiyamətdə onun işindən razı olanlardan şikayət edəcək. Deyəcək ki, “siz əgər mənim işimdən razı olmasaydınız, vaxtı-vaxtında mənə düz etmədiyimi bildirsəydiniz, bəlkə mən bu qələtləri etməzdim”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .