Peyğəmbər (s) Əbu-Bəkrİn xİlafətə təyİn olunmasına İşarə edİbmİ?


Bəzi müsəlmanlar Əbu-Bəkrin xilafətə daha layiq olmasına və Peyğəmbərin (s) buna işarə etməsinə istinad edirlər. Buna səbəb İbn-əl-Cəvzininin öz sənədilə Əlidən (ə) rəvayət etdiyi hədisdir, Əli (ə) deyir: “Peyğəmbər (s) vəfat edərkən, Əbu-Bəkri, namaz qılmaq üçün təqdim etdi. Peyğəmbərin (s) dinimiz üçün razı bildiyini, biz də dünyamız üçün razı bildik və Əbu-Bəkri təqdim etdik.” { İbn-əl-Cəvzi. “Səfvətus-səfvə” kitabı. } Bu rəvayət ağ yalandır. Əlidən (ə) bu hədisin rəvayət olunmasını iddia edənlər bilməlidirlər ki, O Həzərət və ətrafında cəm olan məşhur səhabələr Əbu-Bəkrə müxalif olunmuş və yalnız altı aydan sonra ona bey’ət etmişdir. Əgər bu rəvayət doğrudursa, onda gərək İmam Əli (ə) ən əvvəl bey’ət etməliydi.

Əlinin (ə) Əbu-Bəkrə müxalif olması bu rəvayətin saxta olmasına kifayət edir. Buna əlavə olaraq adı çəkilən rəvayətin yalan olmasını başqa dəlillərdə sübuta yetirir:

1. Peyğəmbərin (s) şərafətli ömrünün axır anlarında bayrağı Üsamə ibn Zeydin əlinə bağlaması və səhabələrə onunla yola çıxmasına əmr etməsi. Halbuki, həmin ordunun sıralarında Əbu-Bəkr, Ömər və Əbu-Übeydə kimi mühacirlərin böyükləri də var idi. Əgər Peyğəmbər (s) Əbu-Bəkri özündən sonra xəlifə tə’yin etmək istəsəydi, onu həmin orduya qoşmazdı.

2. Əgər yuxarıda deyilən rəvayət doğrudursa, onda Əbu-Bəkr “Səqifə” günü mübahisəni həll etmək üçün dəlil gətirməyə ehtiyac duyduğu bir vaxtda öz müxalifətlərinə dəlil gətirərdi. Lakin gördüyümüz kimi bunun əvəzinə o, dəlil gətirərək demişdir: “Qureyş qəbiləsi, ərəblərin ən nəcabətlisidir.”

3. Bütün bunlara uyğun olaraq həqiqətəndə bu rəvayət, Əlinin (ə) xilafətə tə’yin olunmasını sübuta yetirən ən qəti hədisləri saxtalaşdırır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .