PEYĞƏMBƏRİN (s) QURAN VƏ İTRƏT HAQQINDA OLAN SİFARİŞİ NeCƏDİR?


Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) özünün 23 illik təbliğindən və Quran həqiqətlərinin yayılmasından sonra ömrünün axırlarına yaxın vəsiyyətində belə buyurdu:
“Ey camaat! Mən sizin aranızdan gedirəm və sizə iki ağır əmanət tapşırıram. Bunlar Allahın kitabı Quran və mənim Əhli-beytimdir. Əgər hər ikisinə sığınsanız heç vaxt yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki şey ümmətin arasında Qiyamətə kimi yaşayıb dinin düşmənlərini məğlub etməli, xalqa rəhbər və yol göstərən olmalıdır.”
İndiyə kimi din düşmənləri bu iki ağır və qiymətli əmanət qarşısında sipər kimi dayanaraq onları məhv etmək istəmişlər. Lakin Allah-təala onları qorumuş və qoruyacaqdır. Quran bu barədə buyurur:

إِنَّا نحَْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحََافِظُون‏

“Həqiqətən, biz Zikri (Quranı) nazil etdik və həqiqətən, biz Onu qoruyacağıq.”(Hicr-9)

Əhli-beyt (ələyhimussalam) barəsində həzrət Rəsul (salləllahu ələyhi və alihi və səlləm) çoxlu hədislər buyurmuşdur. O cümlədən:
“Cənnətdə Kövsər hovuzunun yanında sizdən bu iki əmanət və necə rəftar edildiyi soruşulacaqdır.”(Biharül-ənvar).
Mötəbər kitablardan sayılan “Kafi”də həzrət Peyğəmbərdən (sallallahu ələyhi və alihi və səlləm) uzun bir hədis nəql olunmuşdur. Hədisin məzmunu belədir: “Fitnələr sizə hücum gətirdiyi zaman Qurana sığının. Çünki O, həm şəfaət edən, həm də şəfaət ediləndir. Hər nəyi halal edibsə, həqiqətdir. Hər kəs Quranı öz rəhbəri qərar versə, Quran onu Behiştə aparacaqdır. Hər kəs arxa çevirsə, Quran onu Cəhənnəm atəşinə doğru sürükləyəcəkdir. Quranın ecazkarlığı sonsuz, qəribəlikləri isə köhnə deyildir. Məhz hidayət çıraqları Ondadır”.
Bu hədisdən bir neçə nəticə əldə edə bilərik:
1) Hər zaman müsəlmanlar çətinliyə düşüb zəlalətə və cəhalətə düçar olsalar, Qurana pənah aparıb haqqı batildən ayırmalıdırlar. 2) Qurana itaət etmək səadətə, Ondan üz çevirmək isə bədbəxtliyə səbəb olur. 3) Elm hər nə qədər inkişaf etsə, bir o qədər də Quranın həqiqətləri kəşf və zahir olacaqdır. 4) Quranın nuru vasitəsilə cəhalət zülmətindən azadlığa qədəm qoyulur, həyat suyunun elmi və hikməti üzə çıxır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .