Azançının (Müəzzin) haqqı nədİR?


\"Azan verənin haqqı budur ki, biləsən, Pərvərdigarını sənə xatırladıb, nəsibinə (bəhrənə) tərəf dəvət edir. Allahın sənə vacib buyurduqlarını yerinə yetirməkdə, sənə ən yaxşı köməkçidir. Onu, bu xidmətinə görə sənə ehsan edən kimi qiymətləndir. Əgər sən evinin içində, onun işinə bədbinsənsə, bədbin olmamalısan. Sən bilirsən ki, şübhəsiz, o Allahınnemətidir. Allahın neməti ilə yaxşı rəftar et. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!\"

İmam Səccad (əleyhissalam): Hər bir müsəlman bilməlidir ki, azan verənin onun boynunda haqqı vardır. Çünki, o, aşağıdakı mühüm işləri yerinə yetirir:
Birinci: İnsana, Rəbbini xatırladır.
İkinci: Namaz tərəfindən ona yetişən bəhrəyə tərəf dəvət edir.
Üçüncü: Allahın insana vacib etdiklərini yerinə yetirməkdə, ən yaxşı köməkdir. Beləliklə, ondan elə təşəkkür etməlisən ki, ehsan edənin təşəkkürü kimi olsun. Əgər kimsə evində azan verənin işindən xoşu gəlmirsə, Allahın əmri olan bu işdə, ona bədbin olmamalıdır. Bunu da bilməlidir ki, azançı, Allahın nemətlərindəndir. İnsan, Allahın nemətinə ehtiram etməlidir. Nemətə ehtiram, hər halda ona şükr etməklə ələ gəlir.

Gündəlik həyat işləri və məşğuliyyət, gecə-gündüz insanı özünə məşğul edir və onu Allahdan qafil edir. Azançı, Pərvərdigarın nida edəni hökümündə olub, insana maddi ləzzətlər içində qərq olmaqdan nicat verir. Özünün ruhu oxşayan nəğməsi ilə onun əlindən tutub, namazın əsası olan, kamal və səadətə tərəf çəkir. Fiqh və hədis kitablarında azan verən şəxsin yüksək məqam və hörməti barəsində çox mətləblər vardır. Azançıya elə savab və mükafatlar verilib ki, çox az adamlar bu savabı ələ gətirə bilərlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .