YƏQİNLİYİN DƏRƏCƏLƏRİ NƏDİR?


Qur`an baxımından yəqinliyin müxtəlif dərəcələri var: “Elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”.
Qur`ani-kərim “elmül-yəqin”i “eynül-yəqin”ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır. Əgər yəqinlik zehni mə`rifətdən əyani mə`rifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını öz gözləri ilə müşahidə edər. Allah-taala “Təkasur” surəsində buyurur: “Əgər insan “elmül-yəqin” mərhələsinə çatsa, cəhənnəmi görə bilər.” Yə`ni, biz “elmül-yəqin” mərhələsinə çatsaq, bizi bu mərhələ ilə tanış edən müqəddiməmiz də var.
“Eynül-yəqin” mərhələsindən yüksək mərhələnin adı “həqqül-yəqin”dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mə`rifətdə qərq olur. Qur`an baxımından “həqqül-yəqin” mə`rifətdə ən üstün bir yəqin deməkdir.
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübut olunmasını, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və biliyin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı şəkildə müşahidədən fərqlənir.
Qur`an ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:

1-İlahi ayələri Allah barəsində yəqinlik hasil etmək üçün bir növ səbəb hesab etmək olar.
2-Özünü xəyallardan, zehnin batil göstərişlərindən nadanlığa qərq olmaqdan qoruyanlar təqvanın yüksək mərhələsinə nail olanlar və axirət aləminə inananlardır.
3-Mə`rifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.
4-Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.
5-Yəqin mə`rifət və elmin xarici nümunələrindən olduğu üçün mə`lumlara aid edilir. Mə`lum olan “Əsmayi-hüsna”nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mə`rifətlər və yəqinlər də müxtəlifdir. Hər bir mə`rifət öz həddində yəqindən bəhrələnir. Məhz bu səbəbdən yəqin üçün onun xarici nümunələrini nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.
6-Yəqinin ən yüksək dərəcələri “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”dir.
7-Yəqinin bağlılıqları – Allahın gözəl adları məhdud olmadığından, yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivədə yəqinin son mərhələsi hesab etmək olmaz. Yəqinin həqiqəti çeşidli nurdan ibarətdir. O həm artır, həm də hüdudsuzdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .