Kafirlərə və günahkarlara necə yanaşmaq lazımdır?


Cavab: Hədisdə buyurulur ki, özünü başqalarından üstün bilən şəxs təkəbbür əhlidir. İnsanların aqibətini bilmədiyimiz üçün onlar haqqında tələsik mühakimə yürüdə bilmərik. Bə`zən günahkar sonda mö`min, mö`min isə sonda günahkar olur.
İmam Sadiq (ə) buyurur: “Bir ömür səhv yolda olmuş sehrbazlar Musanın mö`cüzəsini görüb, Fir`onun hədələrinə baxmayaraq iman gətirdilər. Şeytan isə altı min il ibadətdən sonra yolunu azdı. Ona görə də doğru yolda olanlar arxayınlaşaraq başqalarını qınamamalıdırlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .