Dua etmək üçün ən yaxşı vaxt hansı vaxtdır?


Peyğəmbər(s) buyurdu :

-Dua etmək üçün ən yaxşı vaxt səhərdir. Günəş çıxmazdan əvvəl ,zöhrdən sonra, günəş batandan sonra dua vaxtıdır.
İmam Baqir(ə) buyurur:- İblis öz qoşunlarını günəş batan zaman pərakəndə edər. Bu zaman siz Allahı zikr edin, şeytanın şərrindən Allaha pənah edin ,uşaqlarınızı ona tapşırın.

İmam Sadiq(ə) buyurur:

- İnsanın üzünə açılan səhər hər gün ona deyir:- Ey Adəm övladı mən yeni günəm, bu gün xeyirli söz de, xeyirli iş gör .Qiyamətdə sənə şahid olaram .Cünki bir daha məni görməyəcəksən.
Gecə olanda həzrət Əli buyurardı :-Salam ey yeni gecə ..Sonra o, Allahı zikr edər və deyərdi 4 vaxtda dua etməyi qənimət bilin:- 1)Quran oxunanda 2)Azan veriləndə 3)Yağış yağanda 4)2 ordu şəhadət üçün üzbəüz olanda.
Allah Musa peyğəmbərə vəhy etdi:- Ey İmran oglu!Yalan deyir o kəs ki ,məni dost tutdugunu deyir, lakin gecələr yatır .Məgər elə deyil ki ,dost öz dostunu xəlvətdə istər .Agah ol mən dostlarımı tanıyıram. Onların gecə ikən gözləri və ürəkləri açıq olar .Mənim mükafatım onların gözləri önündə olur..
Dua 4 yerdə qəbul olar:-1)Vitr namazında 2)fəcrdən sonra 3)Zöhrdən sonra 4)Şamdan sonra.
Gecənin axırında fəcr olarkən 2 mələk nida edər:- Tövbə edən varmı ona əta olunsun? Günahın bağışlanmasını istəyən varmı ki, bağışlansın ?...Peygəmbər(s) buyurar:- Gecənin axırı çatanda Allah buyurar:- Dua edən vardırmı ona cavab verim ?
Allah dua edən mömin bəndəsini çox sevir. Fəcrdən günəş çıxana qədər dua edin ki ,o zaman səma qapıları açılar, ruzilər bölünər, böyük hacətlər yerinə yetər.

Allah dualarınızı qəbul etsin!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .