Qurani-Kərimin nazil olmasının əsas hədəfi nədir?!


Quran, cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır! \"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.\" (İsra, 82).
İzah: Quran insanı daxildən silkəyən bir öyüddür. Ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır. Cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır. Möminlər üçün rəhmət səbəbi, kafir və könlü kor olanlar üçün daha çox uzaqlaşma vasitəsidir. Bəli, kim Quran ayələrinə əməl edib, onun məfhumlarına can-dildən inansa, Allahın mərhəməti ona nazil olacaq, ruhi və fiziki ağrıları dincələcəkdir. Digər tərəfdən, kim bu geniş nemət süfrəsindən faydalanmasa, onun hökmlərinə və maarifinə laqeyd yanaşsa, onun azğınlığı artacaqdır...


Qurani Kərimdə ailənin dörd növü haqda!


Qurani-Kərimdə ailənin dörd növü bəyan olunmuşdur ki, onlarla tanış olaq:
1. O qadın və kişilər ki, xeyir işlərində həmfikir və həmrəydirlər. Həzrət Zəhra (s.ə) ilə Həzrət Əli (ə) kimi.
2. O qadın və kişilər ki, xəbis işlərdə həmfikir və həmrəydirlər. Əbu Ləhəb (lən) ilə həyat yoldaşı kimi.
3. O ailədə ki, kişi yaxşıdır, qadın pisdir. Həzrət Lutun (ə) və Həzrət Nuhun (ə) ailəsi kimi.
4. O ailədə ki, kişi pis, qadın isə yaxşıdır. Fironun ailəsi kimi. (İslami saytlara istinadən)


Qurani Kərim Allah dostlarını hansı simaları ilə tanıtdırır?!


Qurani-Kərimdə Allah dostlarının xüsusiyyətləri
1. İman və təqva sahibidirlər: “Agah olun ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəmlənməzlər. O kəslər ki, iman gətirmişlər və təqvalıdırlar.” (“Yunus” surəsi, ayə 62-63.)
2. Olümdən qorxmazlar: “(Ya Peyğəmbər!) De: “Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa, (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız).”” (“Cümə” surəsi, ayə 6.)
3. Maddiyyata bağlanmazlar: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür...” (“Hədid” surəsi, ayə 23...


Məadı inkar edənlərə Qurani Kərimin cavab nə oldu?!


Allah üçün asan və ya çətin iş (anlayışı) yoxdur! Məxluqatı ilk dəfə (yoxdan) yaradan, (ölümdən) sonra onu bir daha geri qaytaran Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.\" (Rum, 27).
İzah: Qədimdən bəri məadı inkar edənlərin ən mühüm dəstavüzü məadın mümkün olmamasıdır. Onlar daim bu inancı ələ salırlar ki, insanın çürümüş hissələri və dağılmış bədəni yenidən necə dirilə və hərəkətə gələ bilər. Quran dəfələrlə bu əbəs məntiqin batil olduğunu bildirmişdir. Bu şübhəni rədd etmə metodlarından biri ilk insanların yaradılmasını xatırlatmaqdır ki, bu ayədən başqa, “Yasin” surəsinin 79-cu, “Əhqaf” surəsinin 33-cü, “Qiyamət” surəsinin 40-cı və s. ayələrdə də söhbət açılmışdır...


İslam maarifinə əsasən 7 dəstə ən yaxşı insan və 2 dəstə ən pis insan kimlərdir?!


Quran əməl və sifətlərinə görə insanları iki qütb dəstəyə bölmüşdür: ən yaxşı insanlar və ən pis insanlar. Ən yaxşı insanlar kimlərdir?
1. Təqva əhli. Allah Təala Qurani-Kərimin bir çox ayələrində insanları təqvaya dəvət etmiş və təqvalı insanları mədh etmişdir. “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır”. (“Hucurat” 13).
2. Mücadilə əhli. Allah yolunda mücadilə edən insanlar – Allahın ən sevimli insanlarıdır. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan, cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər)”. (“Tövbə” 111)...


Qurani-Kərim əsasən insanın ömrünün qarşılığı olaraq nəyi dəyərsiz hesab edir?!


Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir! \"Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!\" (Ali-İmran, 196-197).
İzah: Kafirlərin dünyada daha çox rifah içində yaşamasında diqqət olunası mühüm bir məqam budur ki, Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir. Belə ki, möminlərə layiq bilmir və böyük axirət nemətləri ilə müqayisə olunmamasını bildirir...
Hədis: İmam Səccad (ə): “Ey Allahın bəndələri! Bilin ki, Allah, övliyaları üçün keçici dünya zinətini sevmir.” (Kafi, c. 8, səh. 29).


Qurani Kərimə əsasən İlahi nemətlərin artması üçün nə etmək lazımdır?!


Şükrün faydası yalnız bəndələrin özünə aiddir. \"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.\"(İbrahim, 7-8)... Hədis: İmam Əli (ə): “Hər bir nemətin şükrü Allahın haramlarından çəkinməkdir.” (Mişkatul-ənvar, səh. 35).


Qurani Kərim insanların canını alanları dörd dəstəyə bölür?!


Ölüm hamı üçün haqdır və heç kəs ölümdən qaça bilməz. Bəs insanın canını kim alır? Quranda ölümə aid dörd dəstə ayələr vardır ki, onlarla tanış olaq.
1. Birinci dəstə ayələr ölümü birbaşa Allaha nisbət verir. ”Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır.
2. İkinci dəstə ayələr ölüm mələyi olan Əzrayilə (ə) nisbət verilir. “(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»”. (“Səcdə” 11)...


Yeddi hərifin istifadə olunmadığı surə - Fatihənin əsrarəngiz sirri nədədir?!


Həzrət İmam Əliyyən-Nəqi (ə) cavabında buyurur: “O, surə - “Həmd” surəsidir. Bu yeddi hərf orada yoxdur”. Soruşurlar: “Bəs bu yeddi hərfin o surədə olmamasının fəlsəfəsi nədir?”. Həzrət (ə) buyurur: “1. S hərfi – səbura (həlak olmaq) işarə edir. 2. C hərfi – cəhimə (cəhənnəmin dərəcələrindən birinin adıdır) işarə edir. 3. X hərfi – xəbis (napak) sözünə işarə edir. 4. Z hərfi – zəqquma (cəhənnəmin xüsusi yeməyi) işarə edir. 5. Ş hərfi – şəqavət (bədbəxtlik) sözünə işarə edir. 6. Z hərfi – zülmət sözünə işarə edir. 7. F hərfi – afət (bəla) sözünə işarə edir”. Xəlifə də bu cavabı Roma imperatoru üçün yazır. Roma imperatoru bu məktubdan çox xoşhal olur. İslam dinini qəbul edir və dünyadan müsəlman olaraq köçür.


Bəsirətli insanın hansı üstünlükləri var?


Bəsirət gözünün açıq olması – insanı kamala çatdıran amillərdən biridir. Bəsirətə malik olmaq insana hansı faydaları verir?
1. İnsan bəsirət sayəsində tövhidi dərk edər və Allahın qüdrətini başa düşər. “De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (Yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»”. (“Qəsəs” 72).
2. Bəsirətin nişanələrindən biri – nəsihəti qəbul etmək bacarığıdır. “Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər). Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir). Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz). Və dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən”. (“Fatir” 19-22)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .