Sosial şəbəkələrdən xüsusən \"Facebook\"-dan istifadə etməyin hökmü nədir?


Sosial şəbəkələrdən xüsusən "Facebook"-dan istifadə etməyin hökmü nədir? Sosial şəbəkələrdən xüsusən də \"Facebook\"-dan istifadə etmək haqda iki böyük müctəhidin vetvası:
1-Qeyd olunan sosial şəbəkələrdən istifadə etmək, əgər fəsada (pozğunçuluğu yaymaq, yalan və faydasız mövzuları yazmağa) səbəb olarsa ya günaha düşmək qorxusu yaranarsa və yaxud İslam dini və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, icazə yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası\"
2-Əgər mənfi yönündən istifadə etməyəcəyinə əmindirsə və pisi yaxşıdan ayıra bilirsə, eybi yoxdur, olar. \"Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası\". fetva.313news


Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi?


Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi? Əksər muctəhidlər yazırlar: Kişi və qadın yalnız öz həyat yoldaşı önündə rəqs edə bilər. yəni kişi və qadın üçün istər məhrəm və istərsədə də naməhrəmlərin olduğu yerdə başqalarının gözü önündə rəqs edə bilməz.
Eləcə də kişilərin kişi məclislərində və qadınların qadın məclislərində rəqs etmələrinə şəriət icazə vermir.
İmam Xomeyninin (r) şəri suallara cavab (istiftaaat) kitabı cild: 2, səh: 35; Ayətullah Məkarim Şirazi həzrətlərinin istiftaatı kitabı, cild: 1, səh: 534.


Qadının naməhrəm qarşısında musiqi oxumasının hökmü nədir?


Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:
(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.
(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.
Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur.


Təyəmmümün səhih olmasının şərtləri nələrdir?


Təyəmmümün səhih olmasının şərtləri nələrdir? Təyəmmümün səhih olmasının şərtləri:
1-Təyəmmüm üzvləri təyəmmüm alarkən (yəni alın və əllər) pak olmalıdır. Başqa üzvlər nəcis olsa da Təyəmmüm batil olmaz. Amma namaz üçün bədənin bütün üzvlərini paklamaq lazımdır. 2-Alın və əllərin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir, 3-Üzərinə təyəmmüm edilən şeylər pak və mubah olmalıdır. (yəni qəsbi və başqasının malı olmamalıdır), 4-Təyəmmüm edərkən tərtibə riayət olunmalıdır. Yəni öncə üz sonra, sağ əl və sonra isə sol əlin üstünə məsh olunmalıdır. 5-Təyəmmüm alarkən Muvalata riayət olunmalıdır. Yəni təyəmmümdə fasilə vermədən üz və əllərə məsh olunmalıdır. 6-Əli ilə alın arasında, eləcə də əlin içi ilə arxası arasında məsh edərkən bir şey fasilə salmamalıdır.
Mənbə: Ürvətül-Vüsqa, 1-ci cild, səh: 495; \"Muctehidlərin Tövzihul Məsail\" kitabı, 692, 694, 704 və 706 ci məsələlər.


Bu mesajı 10 nəfər göndər yoxsa başına bəla gələcək! Muctehidlər bu haqda nə deyirlər?


Bu mesajı 10 nəfər göndər yoxsa başına bəla gələcək! Muctehidlər bu haqda nə deyirlər? Müctehidlərin zəncirvari mesajlar haqqında istiftatı: Yəni bir dəstə vardır ki, Məzhəbi əqidələrdən istifadə edərək bir sıra mesajlar yayırlar!
Məsələn: Altı milyon salavat İmam Hüseynin (ə) südəmər balası Əli-Əsğərə təqdim olunur. Sizində payınıza altı salavat deməklə bu mesajı altı İmam Hüseyn (ə) aşiqlərinə göndərmək düşür. Xahiş olunur, bu zənciri qıranlardan olmayın. Mesajı oxuyan kimi siz də səkkiz dəfə \"Ya Əbəlfəzl!\" deyərək, bunu səkkiz nəfərə göndərin. Elə indi gözəl xəbər eşidəcəksiniz.
1- Ayətullah Safi Qulpəyqani: Ümumiyyətlə, bu kimi mesajların gərək düzgün sənədi olsun. Əks halda belə mesajların yayılması caiz (düzgün) deyil. Bu işlərdən çəkinmək lazımdır. 2- Ayətullah Seyyid Əli Xamenei: Bu mesajların heç biri həqiqət deyil və etibarsızdır. Haramdır. 3-Ayətullah Məkarim Şirazi: Bu işlərin heç birinin etibarı yoxdur. Yaxşı olar ki, camaat bu işlərə əl qoymasınlar. ...


Islam dininin meyxanaya münasibəti necədir?


Islam dininin meyxanaya münasibəti necədir? Meyxana öz-özlüyündə günah deyil. (yəni şeir şəklində olsa.) Amma haram şərtlərlə deyilərsə, günah olur. Yəni haram musiqi sədaları altında meyxana söyləmək günahdır. Eləcə də, meyxananın sözlərində əxlaqa, dini dəyərlərə zidd olan ifadələr işlətmək, söyüş, qeybət söyləmək, yalandan and içmək də günaha səbəb olar.
Ümumiyyətlə, meyxanaların çoxu adətən, mənasız və faydasız mövzulara həsr edilir. Hətta müqəddəs mövzulara toxunulsa belə, bunu bayağı şəkildə və haram məclislərinə xas olan şəraitdə edirlər. Ona görə də, bacardıqca meyxana deməkdən, meyxanaya qulaq asmaqdan uzaq olmaq məsləhətdir. Vaxtımızı daha dəyərli və savablı işlərə sərf etsək həm bu dünyada, həm də axirətdə xeyir qazanarıq.


Bankdan faizden pul goturmegin hokmu nedir?


Bankdan faizden pul goturmegin hokmu nedir? Sual: Bankdan borc götürdükdə bank (borc alınan miqdardan) artıq alacağını şərt еtsə, bu hallarda mükəlləf bеlə borc almaqda şəriət hakimindən və ya onun vəkilindən icazə almalıdırmı? Zərurət və еhtiyac halı olmadıqda bеlə borc almaq caizdirmi?
Cavab: Borc almağın özündə (əslində), hətta hökumət banklarından olsa bеlə, şəriət hakiminin icazəsi şərt dеyil, vəzi hökm cəhətindən sələmli olsa bеlə, düzdür. Amma sələmli olduğu halda təklifi cəhətdən onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər İslam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Haram borc şəriət hakiminin icazəsi ilə alınsa bеlə, halala çеvrilmir. Ümumiyyətlə bu məsələdə onun icazəsinin hеç bir rolu yoxdur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər. Sələmli olmadığı halda borc almağın caiz olması zərurət və еhtiyac halları ilə şərtlənmir.


Bir nəcis paltar necə pak olur, açıqlayın?


Bir nəcis paltar necə pak olur, açıqlayın? Nəcis paltarın necə pak edilməsi:
Nəcis olan paltarın üstündə olan eyni nəcisi təmizləyəndən sonra kür və axar suyun içində yaxalandırılsa pak olar, sudan çıxardan sonra isə sıxmaq lazımdır. Qırantdan gələn su da kür hökmündədir. Amma əgər pak etdiyim suyun miqdarı kürdən az olarsa, bövldən başqa bir şeylə nəcis olan paltarın nəcisini aradan aparandan sonra bir dəfə yumaqla paltar pak olar. əgər nəcis olan paltar bövlə murdarlanıbsa onu iki dəfə qəlil su ilə yuyub sıxmaq lazımdır. - Əgər bövllə nəcis olan paltar südlə bəslənən uşağın nəcisi olsa, nəcis paltarı bir dəfə yumaq kifayət edər.
- Əlavələr: 1-Bulanıq yəni iysi, rəngi və dadı dəyişilmiş su ilə nəcislər pak olunmaz. 2-Paklamaq istənilən hər bir nəcisin su hər bir yerinə çatdırılmalıdır.


And içməyin neçə şərti var?


And içməyin neçə şərti var? Andın bir neçə şərti vardır:
1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. 2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. 3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; «Allah», «Tanrı». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə (işlərlə) Allahı yad etsin, 4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. 5. Anda əməl etmək onun üçün mümkün olmalıdır.


Cünub şəxsə haram və məkruh olan şeylər nələrdir?


Cünub şəxsə haram və məkruh olan şeylər nələrdir? =Məsələ 354: Cünuba beş şey haramdır: 1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. 2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. 3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. 4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, 5. Vacib səcdəsi olan ayələri oxumaq: «Səcdə/32-ci surə; «Fussilət/41-cu» surə; «Nəcm/53-ci» surə və «Ələq/96» surə.
=Məsələ 355: Doqquz şey cünuba məkruhdur: 1-2. Yemək-içmək. 3. Qur`anın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq. 4. Bədənindən hər hansı bir yerini Quranın cildinə toxundurmaq. 5. Quranı özü ilə, öz yanında gəzdirmək. 6. Yatmaq; amma dəstəmaz alsa və təyəmmüm etsə, məkruh deyil. 7. Həna və buna bənzər şeylərə boyanmaq. 8. Bədənə yağ çəkmək. 9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .