QADINLARIN CİHADI NƏ İLƏDİR?


İmam Baqir (əleyhissalam)-dan nəql olunu ki, buyurur:“Allah-taala, cihadı kişi və qadınlara yazıb. Kişinin cihadı odur ki, öz malı və canın qurban verməklə şəhadət dərəcəsinə çatsın. Qadının cihadı odur ki, ərinin əziyyət və qeyrətinə dözsün.”
(Məkarimul Əxlaq. Səh. 215)
Bu hədisdə İmam Baqir (əleyhissalam) ev həyatını cəbhə kimi tanıtdırır və bu cəbhənin əsgərləri qadınlardan ibarətdir. Bu döyüşdə ən mühüm silah, kişinin əziyyət nizələri və şəmşiri müqabilində qadının səbridir. Qadın, bu cəbhədən qaçmamalı, bəlkə də,bütün çətinliklərə sinə gəlib aqibəti xeyirlə ömrünü başa vurmalıdır. Bir çox təcrübəsiz və tərbiyə görməmiş qadınlar bu cəhətdən məğlub olub, ev mühitini tərk etməklə öz əziz övladlarını ana mehr və məhəbbətindən məhrum edirlər. Bununla da, ərinə və övladlarına yaşayışın acısını həmişəlik dadızdırırlar. Onların müqabilində elə səbr və hövsələli qadınlar var ki, həyatın fırtınalı dalğaları arasında və ərinin əziyyət və qeyrət dalğalarına riayət etməklə bu həyat gəmisini istədikləri kimi sahilə çatdırırlar. Qələbə və aqibət xeyrini həm özünə, həm də övladlarına nəsib edirlər.
İmam Sadiq (əleyhissalam), qadınları öz ərlərindən başqaları üçün bəzənməkdən çəkindirib, buyurur:
“Özünü ərindən başqası üçün ətirli və zinətli edən qadının namazını,yuyub aradan aparmayana qədər Allah-taala qəbul etməz. Cənabət qüsllu olan şəxslərkimi olarlar.“ (Məkarimul Əxlaq. Səh. 215)

Yenə də Həzrət, qadının ərinin qədrini bilməsi barəsində buyurur: “Hər qadın ərinə desə: Mən həyatda səndən xoş gün görmədim. (Yə`ni, kişinin bütün zəhmətlərini görməməzliyə vursa) Bütün xeyir əməlləri silinib pak olar.\" (Məkarimul Əxlaq. Səh. 215)

Bura qədər müxtəsər də olsa, ərlə arvadın birinin digərinin boynunda olan hüquqa işarə etdik. Əgər İslam cəmiyyətində kişilər və qadınlar bu göstərişlərə əməl etsələr, şirin və xoşbəxt həyat sürərlər. Qurani-Kərim Bəqərə surəsində kişi və qadın barəsində gözəl ifadə gətirərək, buyurur:
\"Oruc gecəsi qadınlarnıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız”. (Hər ikiniz bir-birinizin zinətisiniz və hifz edənisiniz) “
Ərlə arvadın bir-birindən ötrü libas olmaları lətif bir ifadədir. Libas bədənin örtüyü, aram və rahatlığı olduğu kimi ərlə arvad da libas kimi bir-birinin eyblərini örtsünlər və bir-birinə rahatlıq vasitəsi olsunlar.
Bu örtük, onların həyatında bütün sahələrə aid olur. Qadın və kişi borcludurlar ki, bir-birinin eyib və nöqsanlarını gizlətsinlər. Bir-birlərinin pis hərəkətlərini başqalarına söyləməsinlər. Bir-biri ilə ehtiramla rəftar etsinlər.
Əvvəlcədən rəvayətlərdə qeyd edildiyi kimi bir-birini həlak etmək yoluna gətirən töhmət vurmaqdan uzaq olsunlar. Bir-birinin pis hərəkətlərinə səbr etməklə, Allahın böyük mükafatlarını ələ gətirsinlər.
İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi ərlə arvad bir-birinə böyük ne`mətdirlər. Bəs bu ne`mətə şükür etməlidirlər. Həyatın yaxşı və pisliklərini öz aralarında bölüb yüksək ruhiyyəli və hədəfli olsunlar ki, cəmiyyətə saleh övladlar versinlər. Kişinin borcudur ki, qəlbinin dərin sevgisini arvadına açsın. Necə ki, rəvayətdə İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:
“Kişinin arvadına dediyi: \"Doğurdan da, mən səni sevirəm”- sözü heç vaxt arvadın qəlbindən silinməz. Bu da səbəb olur ki, qadın ərinə eşq göstərsin və çətinliklərdə ona arxa və kömək olsun.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter