MƏNƏVİ NEMƏTLƏRİN MADDİ NEMƏTLƏRDƏN ÜSTÜNLÜYÜ HANSI CƏHƏTƏ GÖRƏDİR?


İnsan Allaha olan məhəbbətini artırmaq üçün Onun verdiyi nemətlər barədə düşünməlidir. Çoxları darda olduğu zaman Allahın gözlənilməz yardımından faydalanmışlar. Bu yardımlarla bərabər, hər birinin öz yeri olan digər nemətləri də unutmaq olmaz. Bədənin hər bir üzvü insan üçün böyük nemətdir. Biz bunu yalnız xəstələndiyimiz zaman anlayırıq.
Maddi nemətlərlə yanaşı mənəvi nemətləri də xatırlamalıyıq. Məsələn, qonaq getdiyimiz evdə xoş münasibət gözəl zövqlə bəzədilmiş süfrədən daha qiymətlidir. Mərifətli insanlar üçün mənəvi nemətlər maddi nemətlərdə qat–qat üstündür. Allaha yaxın insanlar mənəvi nemət-lərdən daha çox ləzzət alırlar.
Bəli, Allah-taala öz bəndələrinə mehribandır və onlarla mərhəmətlə rəftar edir. O, öz bəndələrinə peyğəmbərlər vasitəsi ilə hətta Allahla necə danışmağı da öyrədir. Namazda xəyalımız kənara uçarkən bu xəyalı geri qaytaran da Odur.
Qəflətdən qurtulub, Allaha qarşı diqqətli olmaq üçün müxtəlif yollar var. Amma bütün bu yollar mərifətə, həqiqətin kəşfinə aparır. Namazda müti olmaq istəyiriksə, yenə də ilahi mərifətdən faydalanmalıyıq.
Pərvərdigara, sonsuz lütfünə sığınıb, bizi qəflətdən oyatmağını istəyirik! Qəlbimizi özünə qarşı müti buyur! Namazlarımızı “Sənə xüşu ilə ibadət edənlərin namazlarından qərar ver! Amin!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter