AİLƏDƏ KİŞİNİN ÜZӘRİNӘ DÜŞӘN VӘZİFӘLӘR NƏDİR?
KİŞİNİN ÜZӘRİNӘ DÜŞӘN VӘZİFӘLӘR
Qadının üzərinə müəyyən vəzifələr düşdüyü kimi, ailə qurduqdan sonra kişinin üzərinə yerinə yetirməsi zəruri olan bəzi maddi və mənəvi vəzifələr də düşür. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə qadının hüququ barədə deyilir:
«Cəbrail (ə) mənə qadının hüququ barədə o qədər tövsiyələr edərdi ki, qadını pozğunçuluğa yol verməkdən savayı heç bir şey üçün boşamaq mümkün olmadığını güman edərdim.»
1. Kişinin üzərinə düşən ən başlıca vəzifələrdən biri qadının maddi təlabatını ödəməkdir.
İmam Sadiq (ə)-ın səhabələrindən olan İshaq ibni Әmmar, ondan qadının hüququ barədə soruşduqda, belə cavab verir: «Hər şeydən əvvəl onu doyurmalı, bədənini örtməli (yəni yemək və geyimlə lazımınca təmin etməli) nadanlıq etdikdə isə bağışlamağı bacarmalı».
2. İmam Zeynəlabidin (ə) buyurur:
«Allah-taala həyat yoldaşlarınızı [zövcələrinizi] sizin rahatlığınız üçün xəlq etmişdir. Onları Allah tərəfindən sizlərə bəxş olunmuş bir nemət hesab edin. Elə isə sənin haqqın onun haqqından vacib olsa da, xətrini əziz tutub gözəl davran...»(Biharul-Ənvar,74-cü cild)
3. Kişi öz həyat yoldaşına qarşı mehriban olmalı və onunla gözəl davranmalıdır.
Peyğəmbər (s) buyurur:
«Kişinin həyat yoldaşına «səni sevirəm» deməsi, heç vaxt onun qəlbindən çıxmır».(Vəsailüş-şiə,11-ci cild)
Başqa bir hədisdə buyurur:
«Allah-taala, qadının pis əxlaqına səbr edən kişilərə, başına gəlmiş müsibətlərə səbr etmiş Әyyub (ə)-a bəxş etmiş savabı əta edər».
İmam Cəfər Sadiq (ə) buyurur:
«Hər bir ailə başçısı öz ailəsinin yanında, təbiətinə uyğun olmasa da, üç xislətə yiyələnməlidir: Gözəl davranış, öz həddi-hüdudunda əli açıqlıq və ailəsinin keşiyində durmaq üçün qeyrətli və qürurlu olmaq».
Başqa bir hədisdə buyurur:
«Kişi ailə qurduqdan sonra üç şeyə ehtiyac duyur: Qadını özünə cəlb edincə onunla həmfikir olmalı, gözəl davranaraq özünə fikir verib qəlbini ələ almalı və ona qarşı əliaçıq olmalıdır.»
4. Kişi qadına qarşı zor tətbiq etməməli və onunla kobud davranmamalıdır. Peyğəmbər (s) bu haqda buyurur:
«Ümmətimin kişiləri o kəslərdir ki, zövcələri ilə mehribanlıqla davranıb onların haqlarını taptamasınlar». Sonra bu ayəni oxudu:
«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından [qadınları üçün] sərf etməsinə görədir».(Nisa-38)
Peyğəmbərdən (s) nəql olunmuş hədisin davamında deyilir: «Bütün bunlar eynilə kişilərə də aiddir. Yəni, əgər kişi öz qadınına zülm edib haqqını taptalayarsa, razı salmayınca gördüyü xeyirli işlərin və ibadətlərinin heç biri ondan qəbul olunmaz və onlar gündüzləri oruc tutub, gecələrini ibadətlə keçirsələr belə və əsirlikdə olanları azad edib Allah yolunda cihad etsələr də, Cəhənnəmə daxil olan ilk kəslər olacaqlar.
Bunu da qeyd edək ki, nəql olunmuş hədis və rəvayətlərdə Peyğəmbər (s) və Məsum İmamlardan (ə) həyat yoldaşının seçilməsi, mehriyyənin təyin olunması, evlənmə mərasimlərinin hansı şəraitdə keçirilməsi haqda dəyərli məsləhət və tövsiyələr edilmişdir. Bu haqda ətraflı məlumat əldə etmək istəyənlər digər mənbələrə müraciət edə bilərlər.