QURANIN HӘSӘDӘ OLAN BAXIŞI NECƏDİR?
Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:
1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!
2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;
3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;
4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;
5. Və bir də paxılın şərindən!» (Fələq sürəsi)
Başqa bir ayədə Allah-taala möminlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:
«Allahın [maddi, yaxud mənəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir». [Nisa-32]
Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi nemətləri istəməsini əmr edir:
«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!» [Taha-13]
Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri səylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:
«[Ey möminlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər...»