QURANIN HANSI AD VƏ SİFƏTLƏRƏ MALİKDİR?


Quranın sifətləri


Bu qismətdə Qurana vəsf ünvanında ünvanlanmış kəlmələri qeyd edək.
1. Məcid
2. Kərim
3. Həkim
4. Əzim
5. Əziz
6. Mübarək
7. Mubin
8. Mutəşabih
9. Məsani
10. Ərəbi
11. Qeyri zi’ivəc - غيرى ذي عوج
12. Zi əzzikr - ذى الذكر
13. Bəşir
14. Nəzir
15. Qəyyim
Həzrət Peyğəmbər (s) dunyadan köçəndən sonra bir ad da Qurana əlavə olundu və çox geniş yer tutdu. Bu da “Mushəf” adı idi. Quranın bu adla adlanmağının səbəbi onun yazılması idi. “Səhifə” açıq olan bir şeyə deyərlər. Quran açıq səhifələrə yazıldığı üçün ona bu ad sonradan itlaq edildi. “Mushəf” “Səhifə” nin cəmi olduğuna görə Qurana itlaq olundu. Amma Peyğəmbər (s)-ın zamanında ən məşhur olan adlar həmin Quranda gələn adlar idi. Buna nəbəvi hədislər də dəlalət edir. Məsələn, Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki fitnələr gecə qaranlıqları kimi sizi çaşdırdı, onda Qurana müraciət edin”.
اذا التبست عليكم الفتن كقطع الليل المظلم فعليكم بالقران
və ya; “Quranın başqa kəlamlara nisbət fəziləti, Allahın məxluqa nisbət fəziləti kimidir”.
فضل القران على سائر الكلام كفضل الله على خلقه
Başqa bir yerdə buyurur: “Mən sizin aranızda iki dənə çox qiymətli şey qoyub gedirəm, Allahın kitabı və itrətim”.
انى تارك فيكم الثقلين كتاب الله و عترتى
Gördüyünüz kimi bu hədislər dediyimiz məqsədi təsdiqləyir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter