“MUNZİR VƏ HADİ” AYƏLƏRİ NƏ HAQDADIR?
“MUNZİR VƏ HADİ” AYƏSİ
وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
“(Müşriklər) Tənə ilə deyirlər: Niyə Pərvərdigarından ona ayət nazil olmadı? Sən ancaq qorxudansan. Hər tayfanın bir hidayət edəni var.”
Peyğəmbər (s) bu ayə nazil olan zaman buyurdu: “Mən munzir, Əli isə hadidir. Ya Əli, məndən sonra (haqqı axtaran) yolçular haqq yolu sə¬nin vasitən ilə tapacaqlar.”
Ayədəki “hər bir tayfanın yol göstərəni” sözləri Həzrət Əliyə (ə) işa-rədir.
Sünni alimləri tərəfindən 7 hədis nəql olunmuşdur ki, həmin hədis¬lərdə bu ayədə “Munzir” sözi ilə Peyğəmbərin (s) və “Hadi” sözü ilə İmam Əlinin (ə) nəzərdə tutulduğu yazılır. Maliki yazır ki, bu ayə nazil olan zaman Peyğəmbər (s) buyurdu:
“Mən qorxuzanam və Əli (ə) doğru yol göstərəndir: Ya Əli (ə), sə¬nin vasitənlə doğru yol tapanlar hidayət olunurlar”
عن ابن عبّاس رضی الله عنه قال: لمّا نزل قوله تعالی (إنّما أنت منذر و لکلّ قوم هاد) قال رسول الله صلّی الله علیه و آله وسلّم: (أنا المنذر و علیّ الهادی و بل یل علی مهتدی المهتدون) رواه صاحب الفردوس.
İbni-Abbas(r) deyir: “Rəd” surəsinin 7-ci ayəsi (Ey Muhəmməd, hə¬qi-qətən, sən qorxudansan və hər bir qövm üçün bir hidayət edən və rəh¬bər vardır) nazil olan zaman, Allahın Rəsulu buyurmuşdur: “Mən xə¬bər¬dar edənəm, Əli isə rəhbərdir. Ey Əli, sənin vasitənlə hidayət tələb edənlər hidayət olunmuşlar.” Bu hədisi “Firdovsil-Əxbar” müəllifi nəql et¬mişdir.
Xətib Bağdadi Bərra və Deyləmidən, onlar da İbni-Abbasdan rəva¬yət edirlər ki, Peyğəmbər (s) buyurdu:
“Əlinin mənimlə münasibəti mənim başımın bədənimlə olan müna-sibətidir. Əli Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzun (Kövsər) kəna-rında mənim yanıma gəlib çatana qədər bir-birindən ayrılmayacaqdır.”
Termizi özünün “Səhih” kitabında, Təbəri və digərləri öz tarix¬lərin¬də, Müttəqi Hindi “Kənzül-ümmal”ın 6-cı cildinin 401-ci səhifəsində Pey-ğəmbərin (s) Əli (ə) haqqında buyurduğu hədisi qeyd etmişlər; “Mən hik¬mət eviyəm, Əli onun qapısıdır.”
Hakim “Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində Pey¬ğəm¬bə¬rin (s) Əli (ə) barədə buyurduğu iki mühüm hədisi qeyd etmişdir. Peyğəmbər (s) buyurur: “Ya Əli, sən mənim ümmətimin ixtilafı məsələlərini həll edəcək¬sən.”
Digər bir hədisdə buyurur:
“Hər kəs mənə itaət etsə, Allaha itaət etmişdir. Hər kəs Əliyə üs-yankarlıq etsə, mənə qarşı üsyankarlıq etmişdir”.