QURANDA YERİN KÜRƏ ŞƏKİLİNDƏ OLMASI HAQDA NƏ DEYİLR?


Qurani-kərimdə bu haqda deyilir:
«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Əraf-137).
«O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin və qərbin] Rəbbi Odur.» (Saffat-5).
«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40).
Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət etməklə yanaşı, yerin dairəvi olmasına da işarə edir.
Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün qeyri-mümkün olacaqdır. Lakin Qurtəbi və digər müfəssirlər məşriq və məğribləri günəşin illik hərəkəti və il ərzində günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mənası ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət də kəsb etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə, yerin hərəkəti nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter