ZÜHEYR İBN QƏYN KİMDİR?


Cavab: Züheyr Kufənin tanınmış və şücaətli şəxslərindən biri idi. O, bir vaxt Osmanın havadarlarından olmuşdur. İmam Hüseyn (ə) Məkkədən Kufəyə hərəkət edərkən Züheyr də ailəsi ilə birgə həcdən qayıdırdı. O, İmamla rastlaşmamaq üçün yolda məsafə saxlayırdı. Amma bir gün istirahət üçün İmamın xeyməsindən bir qədər aralı xeymə qurmağa məcbur oldu.
Züheyrin yoldaşları nəql edir ki, sübh yeməyi yediyimiz vaxt bir şəxs gəlib salam verdi və İmam Hüseynin (ə) Züheyri görmək istədiyini bildirdi. Bu hadisə o qədər gözlənilməz oldu ki, Züheyr yerində donub qaldı. Xanımı Züheyrə dedi: “Peyğəmbər övladı səni çağırır, sənsə yubanırsan!” Züheyr ayağa qalxıb İmamın xeyməsinə üz tutdu.
Beləcə, qəlbi cəhalət qaranlığına bürünmüş Züheyrə İmamın nurani sözləri vasitəsi ilə işığa çıxmaq nəsib oldu. Züheyr İmama qoşulduqdan sonra qarşıdakı yolun çətinliyini nəzərə alaraq arvadının nikahını geri oxuyub onu evə göndərdi.
Hürrün dəstəsi İmam Hüseynin (ə) qarşısını kəsərkən Züheyr Hürr ilə döyüşməyi təklif etdi. Amma İmam səbr etməyə üstünlük verdi. Aşuradan bir gün qabaq (tasua günü) İmam ətrafındakılara Kərbəladan getmək icazəsini verdi. Züheyr dedi: “Ana olsun Allaha! Sənin və Əhli-beytini hifzi üçün min dəfə ölüb dirilməyə hazıram.”
Aşura günü İmam Hüseyn (ə) öz cəbhəsinin sağ cinahında rəhbərliyini Züheyrə tapşırdı. O, İmamdan sonra düşmən qarşısına çıxan ikinci şəxs idi. Züheyr şücaətlə döyüşdü və öz əqidəsini sübut edərək şəhadətə yetişdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter