Qurani-Kərimə əsasən dəstəmaz necə alınmalıdır?


Quran bizə dəstəmaz almağın qaydasını göstərir
«Maidə» surəsinin 6-cı ayəsində (bu surə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olan axırıncı surədir) belə buyurulur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَکُمْ وَأَیْدِیَکُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِکُمْ وَأَرْجُلَکُمْ إِلَى الْکَعْبَینِ

“Ey iman gətirənlər! Namaz qılmaq istədiyiniz vaxt üzünüzü və əllərinizi dirsəyə qədər yuyun, başı­nızın və ayağınızın bir hissəsinə məsh çəkin”.

Aydındır ki, bu ayədə «ərculəkum» (ayaqlarınızı) kəl­mə­­si, وَ (və) bağlayıcısının vasitəsi ilə «ruusəkum» (baş­la­­rı­nıza) kəlməsinə bağlanmışdır və buna görə də hər iki­­sini yumaq deyil, məsh çəkmək lazımdır, istər «əydi­yə­kum» kəlməsini fəthə ilə oxuyaq, istərsə də kəsrə ilə (diq­qət edin).[1]
Deməli, Qurani-məcid hər bir halda, ayaqlara məsh çəkil­məsini göstəriş vermişdir.

[1] İzah: «Ərculəkum» kəlməsinin hərəkəsində iki növ qiraət mövcuddur. Birincisi kəsrədir ki, məşhur qarilərdən bir qrupu, o cümlədən Həmzə, Əbu Əmr, İbni Kəsir və hətta Asim (Əbu Bəkrin rəvayətinə əsasən) lama kəsrə vermişdir (لِ). Digər məşhur qarilər isə, fəthə ilə oxumuşlar və hazırkı Qur’anların da hamısı onun əsasında yazılmışdır.
Şübhəsiz, bu iki e’rab (hərəkə) arasında mə’naca heç bir fərq yoxdur. Əgər kəsrə ilə oxunsa, aydındır ki, «ruusikum» kəlməsinə bağlanmışdır və onun məfhumu budur ki, dəstəmazda ayaqlarınıza məsh çəkin (necə ki, başınıza məsh çəkirsiniz). Əgər şiələr bu qiraətə uyğun əməl etsələr – belə ki, bunun çoxlu ardıcılları vardır – onlara eyb gətirərmi?!
Əgər fəthə ilə oxusaq, yenə də «buruusikum» kəlməsinin məhəllinə bağlanır; bildiyimiz kimi, onun məhəlli fəthədir, çünki «vəmsəhu» fe’linin məf’uludur (tamamlığıdır). Buna əsasən, hər iki halda mə’nası belədir: «ayaqlarınıza məsh çəkin».
Lakin bə’ziləri belə fikirləşmişlər ki, əgər «ərculəkum»u fət­hə ilə oxusaq, «vucuhəkum» kəlməsinin yerinə bağlanacaq; yə’ni üzü­nüzü və əllərinizi yuyun, başınıza məsh çəkin, həmçinin ayaq­la­rı­nızı. Halbuki, bu söz ərəb ədəbiyyatı qaydalarının əksinə ol­maq­la eyni zamanda, Qur’anın fəsahəti ilə də uyğun gəlmir.
Amma onun ərəb ədəbiyyatı qaydaları ilə müxalif olmasına gəldikdə isə, buna görədir ki, mə’tuf (bağlanan) və mə’tufun ələyh arasında, onlara yad olan bir cümlə yerləşmişdir. Sünnülərin məşhur nəhv alimlərinin sözünə əsasən «ərculəkum» kəlməsinin «vücuhəkum» sözünə bağlanması qeyri-mümkündür. Çünki fəsahətli ərəb kəlamında heç vaxt eşidilməmişdir ki, bir şəxs belə desin: «Zərəbtu Zeydən və mərərtu bi Bəkrin və Əmrən». Yə’ni Zeydi vurdum, Bəkrin yanından keçdim və Əmri (məqsədi də Əmri vurmaq olsun; «Munyətül-müsəlli»nin, şərhi, səh.16). Nəinki fəsahətlərin ən kamili və tamamı olan Qur’an, hətta adi camaat da belə sözlər danışmır. Buna əsasən, bə’zi sünnü mühəqqiqlərinin dediyinə görə, «ərculəkum» kəlməsi nəsb (fəthəli) olduqda «biruusikum»un məhəllinə bağlanır və hər bir halda ayənin məfumu birdir; yə’ni başınıza və ayaqlarınıza məsh çəkin.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter