SƏCDƏ ALLAH ÜÇÜNDÜR, YOXSA ADƏM ÜÇÜN?
Şübhə yoxdur ki, sitayiş mənasında olan səcdə yalnız Allaha məxsusdur. Çünki, varlıq aləmində Allahdan başqa heç bir məbud yoxdur və ibadi tövhidin mənası da budur ki, Allahdan qeyrisinə sitayiş edilməsin.
Buna əsasən, qətiyyətlə demək olar ki, mələklər Adəmə sitayiş səcdəsi etmədilər, əksinə səcdə Allah üçün, Onun belə bir qəribə və əsrarəngiz varlıq yaratması üçün idi. Yaxud belə izah etmək olar ki, mələklər səcdəni Adəm üçün etdilər, amma bu səcdə sitayiş mənasında deyil, təzim mənasında olan səcdə idi.
“ÜyunulƏxbar” kitabında İmam Rizadan (ə) belə nəql olunmuşdur: “Mələklərin səcdə etməsi bir tərəfdən Allaha sitayiş üçün, digər tərəfdənsə Adəmə ehtiram əlaməti olaraq baş verdi. Çünki, biz Adəmin sülbündə idik.”
Ümumiyyətlə mələklər imtahan edildikdən sonra, Adəmə göstəriş verilir ki, o və həyat yoldaşı cənnətdə məskunlaşsınlar. Quran buyurur:
“Biz Adəmə dedik ki, sən və həyat yoldaşın behiştdə sakin olun və istədiyiniz gözəl nemətlərdən yeyin.”
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا
“Amma, bu xüsusi ağaca yaxınlaşmayın, əks halda zalımlardan olarsınız.”
وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ
Quran ayələrindən məlum olur ki, Adəm yer üzərində adi və təbii həyat sürmək üçün yaradılmışdı. Amma işin əvvəlində Allah-taala onu bu dünyanın nemət dolu yaşıl bağlarından olan bir behiştdə sakin etmişdi. Ora Adəm üçün heç bir narahatlıq olmayan asudə bir mühit idi.
Bəlkə də bunun səbəbi bu ola bilər ki, Adəmin yer üzərindəki yaşayış tərzilə tanışlığı yox idi və müqəddimə olmadan oradakı çətinliklərə dözmək, əzabəziyyətə sinə gərmək onun üçün çox çətin olardı. O, əvvəlcə yer üzərində yaşayışın, əməl və rəftarın keyfiyyəti barəsində lazımi məlumatlar əldə etməli idi. Odur ki, məxsus bir yerdə bir müddət lazımi təlimləri görməli və bilməli idi ki, yer üzərindəki həyat müəyyən proqram, çətinlik və məsuliyyətlərlə yanaşıdır. Onun düzgün yerinə yetirilməsi təkamül, səadət və əbədi nemətlərə səbəb olar, ondan imtina edib boyun qaçırmaq isə narahatlığa, əzabəziyyətə gətirib çıxarar.
O, bilməli idi ki, ona verilən azadlıq qeydsizşərtsiz və qeyriməhdud deyildir, istədiyi işi görə bilməz və yer üzərində gördüyü bəzi şeylərə göz yummalıdır.
Həmçinin, o bilməli idi ki, əgər xəta və günah edərsə, səadət qapıları həmişəlik olaraq onun üzünə bağlanmayacaqdır. Belə bir vəziyyətdə tövbə edib Allaha tərəf qayıtmalı, əhdpeyman bağlayıb, bir daha Allah göstərişlərinin əksinə olan heç bir əməli yerinə yetirməməyi və nəticədə yenidən ilahi nemətlərə çatmağı qarşısına məqsəd qoymalı idi.
O, bu mühitdə sınaqlardan çıxmalı, dostdüşmənini tanımalı, yer üzərində yaşayışın keyfiyyətini öyrənməli idi. Qısa desək, yer üzərinə qədəm qoymaq üçün bir sıra məlumatlar əldə etməli və müəyyən hazırlıqlara malik olmalı idi.
Adəm və onun övladları öz gələcək həyatlarında qeyd olunan məsələlərə ehtiyaclı idilər.
Adəm yer üzünün xəlifəliyi üçün yaradılmasına baxmayaraq, bir müddət behiştdə qalmalı, müəyyən göstərişlər almalı və öz növbəsində sınaq, imtahan və ilkin məşq sayılan bir mərhələni keçməli idi.
Nəzərdən qaçırmaq olmaz ki, şeytanın vəsvəsəsindən sonra Allah-taala onları bağışladı. Amma, artıq onlar yaşamaq üçün behiştə deyil, dünya aləminə qaytarıldı. Əgər qadağan olunmuş ağacın meyvəsindən yedikdən və övrətləri aşkar edildikdən sonra yer üzündəki yaşayış labüd məsələ olmasaydı, lazım gələrdi ki, sonra yenidən behiştə qaytarılsınlar. Deməli, onların yer üzərinə gəlmələrinin əsas amili, şeytanın vəsvəsəsi ilə qeyd olunan ağacın meyvələrindən yemələri və övrətlərinin aşkar olması idi.
Burada Adəm özünü, ilahi fərmanların müqabilində, yəni qadağan olunmuş ağacın meyvələrindən yeməmək, ona yaxınlaşmamaq kimi məsələ qarşısında görür. Amma şeytan Adəm və onun övladlarını aldatmağa, yoldan azdırmağa dair and içdiyinə görə vəsvəsəyə başladı. Quranın bəzi ayələrindən məlum olur ki, o, Adəmi əmin etdi ki, əgər siz bu ağacın meyvələrindən yesəniz, mələyə çevriləcək və əbədi olaraq behiştdə qalacaqsınız. Hətta, and içib dedi ki, mən sizin xeyirxahınızam.
فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ
Nəhayət, şeytan Adəmlə Həvvanın Allah fərmanına qarşı çıxmalarına səbəb oldu və nəticədə olduqları yerdən behiştdən çıxarıldılar.
وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ
Bəli, aram, asudə və asayişli bir yerdən, hər növ dərddənbəladan uzaq olan behiştdən şeytanın hiyləsi nəticəsində ixrac olundular. Quran buyurur: “Biz onlara göstəriş verdik ki, yer üzünə enin, orada sizlərdən bəziləriniz bəzilərinizin düşməni olacaq.”
وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ
Ayə əlavə edib buyurur: “Sizin üçün yeri müəyyən müddətə qədər qərargah və faydalanmaq vasitəsi etdik.”
Həzrəti Adəm məhz bu zaman başa düşdü ki, özünə zülm etmiş və behiştin nemətlə dolu, aram mühitindən şeytanın vəsvəsələri səbəbi ilə qovulmuş, əzabəziyyətlə, məşəqqətlə dolu bir mühitə düşmüşdür.
Adəmin ilahi Peyğəmbər (s.ə.v.v) olmasına və bütün günahlar qarşısında məsumluğuna zərrə qədər şübhə yoxdur. Amma gələcəkdə qeyd edəcəyimiz kimi, hər hansı bir Peyğəmbər (s.ə.v.v) üstün və fəzilət sayılan müəyyən bir işi tərk edərsə, Allah onunla ciddi rəftar edir. Həmin iş adi insanların günahı ilə bərabər tutulur və onlarla günahkar şəxslər kimi rəftar edilir. Bu da, Həzrəti Adəmin itaətsizliyinə qarşı ağır cərimə idi. Mərhum Əllamə Təbatəbai bu məsələ barəsində öz nəzərini belə əsaslandırır: Onların zülmü özlərinə qarşı olan zülm idi. Şəriət istilahında məsiyət sayılan və Allaha qarşı olan zülm deyildi.
Həmçinin, aydın olur ki, Allahın Həzrəti Adəmə müəyyən etdiyi qadağan, kərahət və irşadi nəhy olmuşdur. Yəni, məqsəd onların xeyri və məsləhəti olan şeylərə yol göstərmək olmuşdur və bu, itaəti vacib olan qadağan deyildi. Həqiqətdə onlar özlərinə zülm etdilər, nəticədə behiştdən məhrum qaldılar. Amma Allaha qarşı günah etmədilər. Bundan da əlavə, əgər qeyd olunan qadağan təklifi (mükəlləfiyyət) olsaydı, onda tövbələri qəbul olunduqdan sonra müxalifətlərinin təsiri aradan getməli, yenidən behiştə qayıtmalı idilər. Amma gördüyümüz kimi, behiştə qayıtmadılar. Deməli məlum olur ki, bu qadağan irşadi və yol göstərmə ünvanlı əməlin təkvini aqibətini göstərən bir nəhy olmuşdur.
Bu məsələ barəsində daha ətraflı məlumat almaq üçün İmam Rizadan (ə) “Üsulikafi”nin 108109cu səhifələrində nəql olunan geniş mənalı bir hədisə, “Biharulənvar”ın 11ci cildinin 78104cü səhifələrinə, yenə də həmin kitabın 159cu səhifəsində İmam Baqirdən (ə) rəvayət olunmuş hədisə və Məhəmməd Cavad Muğniyənin təfsirinə müraciət edə bilərsiniz.
Qeyd olunan mənbələrin mütaliəsi bu mənanın başa düşülməsində təsirli və mühüm rol oynaya bilər.